
QOÇUBAZLIQis. köhn. Keçmişdə: varlıların qoçu saxlaması, qoçulara arxalanması. // Qoçuluq etmə, qoçuluqla məşğul olma; xalqı tədhiş edib əziyyət vermə; qoçuların başlı-başınalığı. // Dəstəbazlıq, zorakılıq, qolugüclülük. Çar rejiminin zəhərli meyvələrindən biri də qoçubazlıqdır. A.Şaiq. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|