
QOHUM-QARDAŞtop. Qohumlar, əqrəba. Kimim vardır qohum-qardaş el olsun; Qərib öldüm, bikəs öldüm, yad öldüm. M.V.Vidadi. Bütün qohum-qardaş başına toplanmış olduğu halda, .. [Günəşin] qəlbi açılmır, üzü gülmürdü. A.Şaiq. Cümə günü gecə Hacı Abtalıb qohum-qardaşını başına cəm eləyib, xəlfə Hacı Haşımı çağırıb, aynanı onun əlinə verir və xonça əllərində yola düşürlər. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|