QÖNÇƏis. [fars.] Açılmamış qızılgül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu. Qızılgül qönçə açmışdır. - Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış, qönçə halında olan. Qönçə gül. - Ətir saç aləmə, sən, ey qönçə gül! S.Vurğun. // Obrazlı təşbehlərdə. Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin. Aşıq Pəri. Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açılsa, bərbad olar. M.Möcüz. Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, ammayabanısan! A.Səhhət. // Al, qızılgül rəngi. Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. M.İbrahimov. // klas. Gözəlin ağzı, dodaqları, yaxud özü qönçəyə oxşadılır. Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan? Nəsimi. Könlüm açılır zülfipərişanını görcək; Nitqim tutulur qönçeyixəndanını görcək. Füzuli. Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçədən seçilməz. M.P.Vaqif. Çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin! A.Şaiq.
Paylaşın - Hamı bilsin
|