QORODOVOY[rus.] tar. Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri. Axırı lap naəlac qalıb getdim bir qorodovoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə. C.Məmmədquluzadə. [Gülcahan:] A kişi, yoxsa .. qorodovoydan qorxub özünü bu günə salırsan? N.Vəzirov. Pristav izn istəmədən içəri girib [birbaşa] yatağa yaxınlaşaraq, arxasınca gələn qorodovoyun birisinə buyurdu: - Döşəyi sök!.. H.Nəzərli.
Paylaşın - Hamı bilsin
|