İzahlı lüğət

QORUQ

is. 1. Təbii-tarixi əhəmiyyəti olan bitki, heyvan və s. cinslərini qoruyub saxlamaq məqsədi ilə hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer, meşə və s.
Əkilmiş yerlər (əkin, bostan, tarla, otlaq və s.). ..Cökə ağaclarının qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri .. bir-birinə qarışaraq obaya başqa bir rəng, başqa bir şəkil verirdi. A.Şaiq. İlxı qoruqdan qayıdırdı. İ.Əfəndiyev.
Keçmişdə: istifadə edilməsi qadağan olunmuş mülkədar yerləri. Canım, mən də qaçıram. Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov. [Gülsənəm:] Guya qızıl inək ağanın qoruğuna girmiş. S.S.Axundov.
Qarovul, keşik. [Bədimisə] ərinin qoruqdan qayıtmasını gözləmədi; qapının ağzına bir qıfıl vurub, ispolkomun idarəsinə getdi. Mir Cəlal.
□ Qoruq olmaq - qadağan olmaq, yasaq olmaq. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed