
QOŞALAŞDIRMAQf. Qoşa etmək, cüt etmək; ikiləşdirmək, cütləşdirmək; cüt-cüt etmək, cüt-cüt qoymaq. // bax qoşalamaq
ci mənada. Zabit heç söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi. M.S.Ordubadi. [Nəriman] şəhadət barmağını bir-birinə qoşalaşdırıb yan-yana yazılan kəlmələri göstərdi. Mir Cəlal. [Nənəqız] Rizvanı və Rüxsarəni gözləri qabağında qoşalaşdırır, xəyalında gələcək gözəl nəvələri ilə indidən öyünürdü. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|