QÖVRqövr etmək - narahat etmək, incitmək, daim özünü hiss etdirmək. Sinəsinə vurulan yara yenidən qövr elədi. Mir Cəlal. Səlim ürəyində qövr edən dərdi gizlədə bilmədi. M.Hüseyn. Qocanın ifadəsindəki inam çobanı tutdu, ürəyində qövr edən odu soyutdu. M.Rzaquluzadə. Son qoysun bu gecə, əsr-əsr; Ürəklərdə qövr eləyən, möhnətə, dərdə. R.Rza.
Paylaşın - Hamı bilsin
|