İzahlı lüğət

QÖVS

is. [ər.] 1. Yay, kaman. // Şəkilcə qövsü xatırladan, qövsə oxşayan şey. Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi; Bəni amac üçün eynin bu mənindən nişan etdi. Nəsimi. Qızların qövs qaşları və sehirli gözləri qaraldı. M.S.Ordubadi. ..Fişənglər havada qırmızı qövs təşkil edərək, arxaya əyilib söndü. Ə.Əbülhəsən.
hənd. Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq.
Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed