
QOVZAMAQf. dan. Qaldırmaq. [Oruc:] Bəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dilmanc əlindəki kağızı yuxarı qovzayıb başladı oxumağa. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|