
QOZBELsif. 1. Döş və ya arxa sümüklərinin əyilməsi nəticəsində beli qoz kimi qalxıq; donqar. Qozbel adam. - [Qulu:] Podnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. S.S.Axundov. // İs. mənasında. [Dilbər:] Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. C.Cabbarlı.
Bükülmüş, əyri, bir tərəfi çıxıq. Qozbel tir. Qozbel divar. Paylaşın - Hamı bilsin
|