QOZLA, QOZLU[rus.] Araba və fayton kimi miniklərdə sürücü oturan yer; şahnişin. ..Bacım Tutunu, on səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim qozluya və özüm də mindim. C.Məmmədquluzadə. Gədə də tüfəngi götürüb yuxarıda, qozluda əyləşdi. S.Rəhimov. Qozlada oturan başınişanlı fərraş yerə tullandı. P.Makulu.
Paylaşın - Hamı bilsin
|