
QRANİT[ital.] Çox bərk süxur (daş). Daş qayaya baxdım, dedim: qranitin nə bərkdir; Dedi: sənin tanklarından mənim daşım köyrəkdir. R.Rza. // Qranitdən düzəldilmiş, tikilmiş. Mirzə qəbiristanlığa nəzər saldı... Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar... İ.Məlikzadə. // Müqayisələrdə möhkəmlik, sarsılmazlıq, davamlılıq, bərklilik mənasında. Aslan qranit külçəsi kimi ağır və güclü idi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|