İzahlı lüğət

QUDURMAQ

f. 1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
məc. Son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək. Şişman adam artıq büsbütün quduraraq əsəbi hallar keçirirdi. A.Şaiq.
məc. Coşmaq, tüğyana gəlmək, şiddətlənmək. Çırpınırkən xilas üçün həpimiz; Daha dəhşətlənib qudurdu dəniz. H.Cavid.
məc. Azğınlaşmaq, həddini aşmaq, cığırdan çıxmaq; hərəkətində, danışığında hədd-hüdudu aşmaq. Ədə, qardaş, vallah, sən qudurubsan, sən heç özün də bilmirsən ki, nə danışırsan. C.Məmmədquluzadə. Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı və ürəyində bunu da dedi: - Üz vermək lazım deyil, qudurar. Mir Cəlal. // Lovğalanmaq, tay-tuş tanımamaq, özünü yüksək tutmaq (var-dövlət və ya mənsəb sayəsində).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed