QUL1is. 1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam. Neçə qul azad elədim; Qəsd etmədim cana, Nigar! “Koroğlu” .
Xidmət üçün satın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə öz sahibinin ixtiyarında olub, bir mal kimi alınıb satılan adam; kölə. Spartakın rəhbərliyi altında qədim Romada qulların üsyanı olmuşdu. - Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi. A.Bakıxanov. Cəllad yanıb od olsa da, külə dönməz arzular; Təbiətin ana qəlbi qul doğmamış insanı! S.Vurğun. // köhn. Nökər, xidmətçi. Bir xidmət edən qulam sənə mən. Xətayi. [Iskəndər:] Indi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq. C.Məmmədquluzadə. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı. M.S.Ordubadi. □ Qul etmək məc. əsir etmək, valeh etmək, tamamilə ixtiyarını əlindən almaq. Götür niqabı və xalqı qul eylə hüsnünə kim; Məlahət əhlinə sənsən əmirü, sənsən şah. Nəsimi. Qul olmaq - tabe olmaq, boyun əymək. məc. Öz iradəsini, hərəkətlərini tamamilə bir şeyə, ya başqasına tabe etmiş adam. Oz adətlərinin qulu. Paylaşın - Hamı bilsin
|