
QURAŞDIRMAQf. 1. Bir neçə müxtəlif parçanı bir-birinə calamaq, bitişdirmək, uyuşdurmaq. // Qatmaq, birləşdirmək, calamaq, yapışdırmaq. [Səfər bəy Axunda:] ..Bulaq yanında olanların bir parça yeri var, onu gərək bulaqqarışıq şəriətin yolu ilə mənim yerimə quraşdırasan. B.Talıblı.
xüs. Maşının və s.-nin hissələrini yığıb qurmaq, birləşdirmək, yerbəyer yerləşdirmək. Özüllər qurulduqdan sonra vışka quraşdırılır. Quliyev. məc. Özündən düzəltmək, özündən toxumaq, uydurmaq. ..Zeynalın özündən quraşdırıb oxuduğu şikəstə ortalığı daha da canlandırdı. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|