
QURĞU2is. dan. 1. Büsat, təntənə, dəsgah. Çərxin gərdişindən bimürvət fələk; Sitəmindən necə canlar itibdir; zülmünü aşikar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir. Aşıq Ələsgər.
Hiylə, kələk, dolab, əl altından hazırlanan tələ. Sübhanverdizadə tələdən sağ-salamat çıxan Dəmirov üçün yenə də ayrı-ayrı qurğular düşünürdü. S.Rəhimov. □ Qurğu qurmaq - birinə qarşı gizlindən tələ hazırlamaq, hiylə düzəltmək, biclik işlətmək. İşdi .. birdən tutulsam, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. “Koroğlu” . [Hacı Əli:] Bax, bizi yoxlamaq üçün belə qurğular qurulur. P.Makulu. Paylaşın - Hamı bilsin
|