İzahlı lüğət

QURMAQ

f. 1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. - Istehkamçı - mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal. [Qaraca çobanın] igidyoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə.
Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. Iki cümləni qura bilmir. - ..Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.
Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. Işləriyeni üsul ilə qurmaq. - ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin .. bəzi hərəkətlərini təshih etməli idi. M. İbrahimov.
Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyükplanlar qurmaq.
Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed