QURŞAMAQf. 1. Belinə bağlamaq. Koroğlu qılıncını qurşadı, .. tərlan kimi Qıratın belinə sıçradı. “Koroğlu” . Əcəb qurşayıbdır incə belinə; Gümüş kəmər qəddi-dala yaraşır. Aşıq Ələsgər. Səsimə səs versin bütün ölkələr; Qoy qılınc qurşasın müstəmləkələr. S.Vurğun.
2. məc. Dolamaq, ələ salmaq, araya qoymaq, oynatmaq. İstəyirlər özək katibini heçə döndərib, Xədicə Soltanı qurşasınlar. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|