
QURTAQURTtəql. Su və s. içərkən boğazdan çıxan səs. Süfrələr açılır, adamlar badələrini bir-birinə vurur, daha damcı-damcı deyil, qurtaqurtla (z.) içirdi. S.Rəhimov. At ağzını bulağın daş novuna söykəyib qurtaqurtla (z.) su içir. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|