QURTARACAQis. 1. Bir şeyin qurtaran yeri; son, nəhayət, axır. Küçənin qurtaracağı. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov. Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara qoşa karvansara deyərdilər. H.Sarabski. // Sif. mənasında. Son, axır. Bəzən bizə elə gəlir ki, bir-iki kilometr qabaqda baş-başa verib dərənin üstünü almış, sıldırım qranit qayalardan o yana yol yoxdur, ora dərənin qurtaracaq nöqtəsidir. M.İbrahimov.
2. Nəticə, aqibət, son. İşin qurtaracağı bəlli deyildir. Paylaşın - Hamı bilsin
|