İzahlı lüğət

RAHATLIQ

is. 1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq. Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. I.Əfəndiyev. [Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. S.S.Axundov. Rahatlığını pozmaq - narahat etmək, rahat qoymamaq, dincliyini pozmaq. [Rza:] [Bayquş] gələn gündən atamın da, anamın da rahatlığı pozulmuşdu. M.Ibrahimov. [Natiq:] Məni bağışlayın, Fərrux əmi, rahatlığınızı pozdum. B.Bayramov. Rahatlıq verməmək - daim narahat etmək, dinc qoymamaq, rahat buraxmamaq. [Pəri Gülnisəyə:] [Əbdül] daha bizə rahatlıq vermir, gedir, hərdənbir bəhanə ilə yüyürüb gəlir. C.Cabbarlı. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn.
Istirahət, dinclik, dincəlmə. Heç rahatlığı yoxdur. - Yazın istisində, qışın qarında; Rahatlıq bilmədən yürür bu karvan. M.Müşfiq. □ Rahatlıq etmək (eləmək) dan. - dincəlmək, istirahət etmək, dincini almaq. Gülnar xanım bir az rahatlıq eləyəndən sonra bu gəlməyinin səbəbini dedi. (Nağıl). Rahatlıqla şəklində zərf - dərdqəmsiz, firavan, rahat. Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed