İzahlı lüğət

R (ID - 33539)

Azərbaycan əlifbasının iyirmi dördüncü hərfi. bax er.

RABİTƏ (ID - 33540)

is. [ər.] 1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. Işi ilə sözü arasında rabitə yoxdur. - Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn. // Əlaqə, münasibət,...

RABİTƏÇİ (ID - 33541)

1. is. Rabitə (2-ci mənada) işçisi. Rabitəçilərin yarışı. // Orduda: rabitə hissəsində xidmət edən şəxs. Rabitəçilərin təlimi. Rabitəçilərin igidliyi.
2. Sif. mənasında. Orduda: başqa hərbi hissələrlə və ya adamlarla...

RABİTƏLƏNDİRMƏ (ID - 33542)

“Rabitələndirmək” dən f.is.

RABİTƏLƏNDİRMƏK (ID - 33543)

f Əlaqə yaratmaq, rabitə düzəltmək; əlaqələndirmək, bir-birinə bağlamaq. Müəllim sualların cavabı üzərində şagirdləri işlədir və ayrı-ayrı cavabları bir-birilə rabitələndirib yığcam və ardıcıl biryazı mətni düzəldib....

RABİTƏLİ (ID - 33544)

sif və zərf Yaxşı ifadə edilən, məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş; tərtibli, müntəzəm. Rabitəli danışıq. Rabitəli danışmaq.

RABİTƏLİLİK (ID - 33545)

is. Məntiq və qrammatik cəhətdən müntəzəmlik, düzgünlük, tərtiblilik.

RABİTƏSİZ (ID - 33546)

sif. Bir-biri ilə rabitəsi, əlaqəsi, münasibəti olmayan. [Nuriyyə:] Biz qırıq-qırıq, rabitəsiz sözlər danışa-danışa şəhərdən çıxmışdıq. I.Əfəndiyev.

RABİTƏSİZLİK (ID - 33547)

is. Rabitənin, əlaqənin, münasibətin olmadığı hal; əlaqəsizlik.

RACA (ID - 33548)

is. [sanskr.] Qədim Hindistanda rəhbərlik və hakimlik rütbəsi.

RAD (ID - 33549)

is. [ing.] Udulan şüalanma dozasının sistemdənkənar vahidi.

RADA (ID - 33550)

[ukr.] Ukraynada ali qanunvericilik orqanı.

RADAR (ID - 33551)

[ing.] bax radiolokator. Radiolokasiyada işlədilən qurğulara radiolokator deyilir. Bəzi yerlərdə bunları müxtəsər olaraq radar adlandırırlar. “Radiolokasiya” .

RAD[D]Ə (ID - 33552)

is. [ər.] Vaxt bildirən rəqəmlərdən sonra gələrək həmin rəqəmin təxmini olduğunu göstərir (adətən “radələri” və “radələrində” şəklində işlədilir). Saat beş radələri idi. - Axşam saat on radələrindən xoruz...

RADİAL (ID - 33553)

[lat.] Radius istiqamətində yerləşən. Radial simmetriya.

RADİASİYA (ID - 33554)

[lat.] 1. Hər hansı bir cismin elektromaqnit dalğaları şüalandırması; cismin buraxdığı elektromaqnit şüa enerjisi. Günəş radiasiyası.
2. Bir şeyin mərkəzdən ətrafa şüa şəklində yayılması.

RADİATOR (ID - 33555)

[lat. radiare - şüa buraxmaq] Motorda suyu soyudan cihaz. Təyyarənin radiatoru. Avtomaşının radiatoru.
2. İçərisində isti su və ya buxar hərəkət edən borular sistemindən ibarət qızdırıcı cihaz. Su radiatoru. Buxar radiatoru.

RADİKAL1 (ID - 33556)

[lat. radicalis - kök] 1. riyaz. Kökalma əməliyyatını, eləcə də kökalmanın nəticəsini göstərən işarə (yf).
kim. Bir kimyəvi birləşmədən başqa kimyəvi birləşməyə dəyişməz keçən molekulda sabit atomlar qrupu.

RADİKAL2 (ID - 33557)

[lat.] 1. Radikallar partiyasının (sol siyasi partiyalardan birinin) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu partiya ların proqramında dövlət çərçivəsində və onun mənafeyinə uyğun olaraq demokratik islahat irəli sürülür).
2....

RADİKAL3 (ID - 33558)

sif. [lat.] Köklü, əsaslı, qəti, çox təsirli. Radikal tədbirlər. Radikal dəyişikliklər.

RADİKALİZM (ID - 33559)

[lat.] 1. Dövlətin mənafeyi çərçivəsində demokratik islahat həyata keçirməyi tələb edən siyasi cərəyan; radikalların (bax radikal21 -ci mənada) dünyagörüşü, onların həyata keçirdikləri siyasət.
2. Nəzəri və təcrübi...

RADİKULİT (ID - 33560)

[lat. radicula - rişə] tib. Haram iliyi (onurğa beyni) kökcüklərinin iltihabı.

RADİO (ID - 33561)

[lat. radio - şüalandırıram] 1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya, radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.
Bu...

RADİOAKTİV (ID - 33562)

sif. [lat. radiare - şüalanmaq və activus - fəal] Radioaktivliyə aid olan, radioaktivlik xassəsinə malik olan. Radioaktiv maddələr. Radioaktiv izotoplar.

RADİOAKTİVLİK (ID - 33563)

RADİOBİOLOGİYA (ID - 33564)

[lat. radiare, yun. bios və logos] Radioaktiv şüalanmanın orqanizmə təsirini öyrənən elm sahəsi.

RADİOELEKTRONİKA (ID - 33565)

[lat. radiare və elektron] Elmin, radiotexnika və elektrotexnika əsasında inkişaf etmiş müxtəlif sahələrinin kompleksinin adı.

RADİOKİMYA (ID - 33566)

[lat. radiare və ər. əlkimya] Kimyanın, radioaktiv maddələrin fiziki-kimyəvi və kimyəvi xassələrini öyrənən sahəsi.

RADİOQƏBULEDİCİ (ID - 33567)

is. Radiodalğaların enerjisini tutmaq, onu başqa şəklə salmaq və istifadə etmək üçün aparat, cihaz.

RADİOQRAM (ID - 33568)

[lat. radiare və gramma] Radioteleqraf vasitəsilə verilən məlumat.

RADİOLA (ID - 33569)

[lat. radiare] Qrammofon vallarını çaldırmaq üçün qurğusu olan radio cihazı. Radiolanı işə salmaq. Yeni markalı radiola.

RADİOLAŞDIRILMA (ID - 33570)

“Radiolaşdırılmaq” dan f.is.

RADİOLAŞDIRILMAQ (ID - 33571)

“Radiolaşdırmaq” dan məch.

RADİOLAŞDIRMA (ID - 33572)

“Radiolaşdırmaq” dan f.is.

RADİOLAŞDIRMAQ (ID - 33573)

f Radioverilişi vasitələri, radio şəbəkələri, radioqəbuledicilər ilə təchiz etmək.

RADİOLAŞMA (ID - 33574)

“Radiolaşmaq” dan f.is.

RADİOLAŞMAQ (ID - 33575)

f Radioverilişi ilə təchiz olunmaq.

RADİOLOGİYA (ID - 33576)

[lat. radiare və yun. logos] Radium və b. radioaktiv maddələrin təsiri və tətbiqi haqqında elm.

RADİOLOKASİYA (ID - 33577)

[lat. radiare və locatio] Havada, su və yer üzərində olan obyektləri tapmaq və onların yerini həmin obyektlərin buraxdığı şüaların istiqamətinə görə müəyyənləşdirmək üsulu.

RADİOLOKATOR (ID - 33578)

[lat.] Fəzada obyektlərin əks etdirdikləri radiodalğalar vasitəsilə onları tapmaq və olduqları yeri müəyyənləşdirmək üçün cihaz və qurğular sistemi.

RADİOLOQ (ID - 33579)

[yun.] 1. Radiologiya mütəxəssisi.
2. Radioaktiv izotoplarla müalicə üsullarından istifadə edən həkim.

RADİOMAYAK (ID - 33580)

[lat. radiare və rus. MaaK] Siqnallar vasitəsilə gəmi və təyyarələrin olduqları yeri onlara bildirən xüsusi verici radiostansiyası.

RADİOREPORTAJ (ID - 33581)

[lat. radiare və fr. reportage] İşin gedişi, vəziyyəti və s. haqqında hadisə yerindən (stadiondan, müəssisədən və s.-dən) radio ilə birbaşa veriliş.

RADİOSTANSİYA (ID - 33582)

RADİOSTUDİYA (ID - 33583)

[lat. radiare və ital. studio] Radioverilişləri aparmaq üçün xüsusi təchiz olunmuş bina, otaq, yer.

RADİOTEXNİK (ID - 33584)

[lat. radiare və yun. technike] Radiotexnika mütəxəssisi.

RADİOTEXNİKA (ID - 33585)

[lat. radiare və yun. technike] Yüksəkgərginlikli elektromaqnit rəqslərindən və onların rabitə, veriliş, naviqasiya, astronomiya və s.-də əməli tətbiqindən bəhs edən elm.

RADİOTELEFON (ID - 33586)

[lat. radiare, yun. tele və phone] Radio ilə telefon rabitəsi saxlamaq üçün qəbuledici və verici aparatların məcmusu.

RADİOTELEQRAF (ID - 33587)

[lat. radiare, yun. tele və grapho] 1. Radio ilə teleqraf rabitəsi saxlamaq üçün qəbuledici və verici aparatların məcmusu.
2. Belə verilişləri aparan idarə, stansiya.

RADİOTELEQRAM (ID - 33588)

[lat. radiare, yun. tele və gramma] bax radioqram.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed