RESİDİVIST (ID - 33789)[lat.] Cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət etmiş adam.
|
RESPİRATOR (ID - 33790)is. [lat.] Tənəffüs üzvlərini havadakı zəhərli maddələrdən qoruyan fərdi cihaz.
|
RESPÜBLİKA (ID - 33791)[lat. respublica, res - iş və publicus - ictimai, ümumxalq] Ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə seçilən dövlət idarə forması; belə idarə üsulu olan ölkə. □ Xalq demokratik respublikası - siyasi əsasını...
|
RESPUBLİKAÇI (ID - 33792)is. 1. Respublika idarə üsulu tərəfdarı.
2. Respublika partiyasının üzvü. |
RESPUBLİKALARARASI (ID - 33793)sif. Bir neçə respublikaya aid olan, bir neçə respublikanın təşkil etdiyi. Respublikalararası yarış.
|
RESSOR (ID - 33794)is. [fr.] Amortizasiyaedici quruluş.
|
RESTORAN (ID - 33795) |
RESTORANÇI (ID - 33796)is. köhn. Restoran sahibi. [Tələbə:] Gördüm restorançı bizə qoxumuş lobyanı yedirmək istəyir. Qantəmir.
|
RESÜRS (ID - 33797)is. [fr.] Pul vəsaiti, sərvət; dövlət büdcəsində gəlir mənbəyi.
|
RETRO (ID - 33798)is. [ing.] 1. Geri qayıtmaq.
Keçmişə uyğunluq, keçmişi təkrar yönümlü üslub. |
RETUŞ (ID - 33799)[fr.] Fotoqrafiyada şəkilləri çap etmədən əvvəl şüşə və s. üzərində düzəltmə işi, üsulu.
|
RETUŞÇU (ID - 33800)is. Retuş edən, retuşlama mütəxəssisi.
|
RETUŞLAMA (ID - 33801)“Retuşlamaq” dan f.is.
|
RETUŞLAMAQ (ID - 33802)f Retuşla düzəltmək, retuş etmək.
|
REVMATİK (ID - 33803)[yun.] Revmatizm xəstəliyi olan adam.
|
REVMATİZM (ID - 33804)[yun.] tib. Əsasən oynaqlarda və əzələlərdə kəskin ağrılar şəklində təzahür edən, xalq arasında “yel” adlanan xəstəlik. Xronik revmatizm.
|
REVYU (ID - 33805)is. [fr.] Çeşidli musiqili sənət əsərlərinin xüsusiyyətlərini özündə birləşdirən teatr tamaşası.
|
REYD1 (ID - 33806)[holl. reed] dəniz. Gəmilərin, limanın daxilində və ya yaxınlığında lövbərdə durduqları yer. Reyddə durmaq. - Reyddə dayanan bütün gəmilər əlvan bayraqlarını qaldırmışdılar. (Qəzetlərdən).
|
REYD2 (ID - 33807)[ing. raid] 1. hərb. Mütəhərrik hərbi qüvvələrin hər hansı bir məqsədlə düşmən arxasına soxulması, basqını. Süvari reydi. Partizanların müvəffəqiyyətli reydi.
Ictimai təşkilatların və ya mətbuatın tapşırığı ilə... |
REYESTR (ID - 33808)is. [lat.] Sənədləri və əmlakı qeydə alma kitabı.
|
REYHAN (ID - 33809)is. [ər.] bot. Xoşiyli, dekorativ, bəzi növləri yeyilən birillik mədəni bitki. Ey atam hünərli, babam fikirli; Ey reyhan nəfəsli, yarpız ətirli; Nağıl nənələrin ey laylay səsi. B.Vahabzadə.
|
REYHANİ (ID - 33810)is. [ər.] mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı.
|
REYXSKANSLER (ID - 33811)[alm. Reichskanzler] Almaniyada: 1945-ci ilə qədər dövlət kansleri, hökumət başçısı.
|
REYXSTAQ (ID - 33812)[alm. Reichstag] Almaniyada: 1933-cü ilə qədər seçilən (faşizm dövründə isə təyin olunan) alman parlamenti; habelə həmin parlamentin iclası keçirilən bina. ..Yandı reyxstaq; Quzğunlar yatağı, o qanlı yuva! S.Vurğun.
|
REYXSVER (ID - 33813)[alm. Reichsvvehr] Birinci dünya müharibəsindən sonra 1935-ci ilə qədər alman hərbi qüvvələrinin adı.
|
REYKA (ID - 33814)[rus.] Suyun səviyyəsini, qar və ya buz örtüyünün və s.-nin hündürlüyünü ölçmək üçün üzərində bölgülər olan dar, nazik taxta və ya ağac. Gülşənin göstərişilə manqa üzvləri pambıq kollarını yoxlayır, reyka ilə ölçür....
|
REYS (ID - 33815)[alm. Reise - gəzinti, səyahət] Müəyyən xətdə (marşrutda) işləyən gəmi, təyyarə, maşın və s. hərəkətinin başlanğıcı ilə sonu arasındakı məsafə, yol. Reysi başa vurmaq. Ikinci reys. - Bir neçə reysdən sonra baş mühəndis...
|
REYSFEDER (ID - 33816)[alm. Reizfeder] Tuş və ya həll olunmuş rənglə xətt çəkmək üçün rəsmxət aləti.
|
REYTUZ (ID - 33817)is. [alm.] Dar şalvar; toxunma uzun darbalaq.
|
REZIDENT (ID - 33818)[lat. residens - oturan] 1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi.
Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə. Bir ölkənin daim başqa ölkədə... |
REZİN (ID - 33819)[lat. resina - qatran] 1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
Bax rezinka. [Gəldiyevin] düzonyeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal. Həmin materialdan... |
REZİNKA (ID - 33820)[rus.] Yazını pozmaq üçün rezin parçası; pozan, rezin.
|
RƏBB (ID - 33821)is. ər. Allah, Tanrı. [Sona] sonra “ah rəbbimI” - deyə taxtın üstə yıxıldı. N.Nərimanov. □ Ya rəbb! - Allaha müraciət: ay Allah! Insandan insana körpümüz sınıb; Ya rəbbim, hamımız sənə sığınıb. B.Vahabzadə.
|
RƏBİÜLAXİR (ID - 33822)is. [ər.] Hicri qəməri ərəb təqviminin dördüncü ayı.
|
RƏBİÜLƏVVƏL (ID - 33823)is. [ər.] Hicri qəməri ərəb təqviminin üçüncü ayı.
|
RƏBT (ID - 33824)is. [ər.] 1. Bağlama, ilişdirmə. Rəbt etmək - bağlamaq, ilişdirmək, əlaqələndirmək. Iki sözü bir-birinə rəbt edə bilmir.
2. Əlaqə, münasibət, aidiyyət. “Şərqirus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım... |
RƏCƏB (ID - 33825)is. [ər.] Hicri qəməri ərəb təqviminin yeddinci ayı. Getdi rəcəb, indi də şəban gəlir; Cisminə kor mollaların can gəlir. Ə.Nəzmi.
|
RƏCƏZ (ID - 33826)is. [ər.] klas. 1. Əruz vəznində olan şeir formalarından birinin adı.
2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir. Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq. Bəylər... |
RƏD (ID - 33827)is. [ər.] köhn. Göy gurultusu.
|
RƏDD1 (ID - 33828)is. [ər.] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. [Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsinl M.Hüseyn. Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal. □ Rədd etmək qəbul etməmək, yox...
|
RƏDD2 (ID - 33829)is. [ər.] Ləpir, ayaq yeri, iz. Sabah olan kimi hər üçpəhləvan yola düşüb, qanın rəddi ilə düz zülmət quyusunun başına gəldilər. (Nağıl). Bura bax, Nadir, - deyə [Cəfər] rəddi göstərdi: - Görürsənmi, aşağıdan gəlib,...
|
RƏDDEDİLMƏZ (ID - 33830)sif Rədd edilə bilməyən; əsaslı, sübutlu. Rəddedilməz dəlil.
|
RƏDİF (ID - 33831)is. [ər.] ədəb. Hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi. M. V. Vidadinin “Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz” müsəddəsində “belə qalmaz” rədifdir.
|
RƏDİFLİ (ID - 33832)sif ədəb. Rədifi olan, rədiflə qurtaran. Sabirin “Oxutmuram, əl çəkin!” rədifli şeri.
|
RƏF1 (ID - 33833)is. [ər.] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə...
|
RƏF2 (ID - 33834)is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. □ Rəf etmək (köhnə forması: rəf qılmaq)...
|
RƏFAQƏT (ID - 33835)is. [ər.] Yoldaşlıq, dostluq. Yox ikən sənlə bir rəfaqətimiz; Nərədəndir bu rütbə hörmətimiz?! M.Ə.Sabir. Yoxdur insafü sədaqət bizdə; Nə də düz-doğru rəfaqət bizdə. A.Səhhət. □ Rəfaqət etmək yoldaşlıq etmək. [Xədicəyə]...
|
RƏFEDİCİ (ID - 33836)sif Rəf edən, aradan qaldıra bilən, öhdəsindən gələ bilən. Məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəfedici.. adamlar yetirə bilməyir. F.Köçərli.
|
RƏFƏTƏ (ID - 33837)is. Çörəyi təndirə yapmaq üçün alət. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstünə yayıb təndirə yapırdı. P.Makulu.
|
RƏFİQ (ID - 33838)is. [ər.] Yoldaş, dost, arqadaş. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Bir də rəfiqlərindən biri deyirdi ki, Ağəli xan yazıb, məndən yaranal sırması və şaşka istəmişdi. Çəmənzəminli....
|
Bu səhifə dəfə baxılıb