
RƏCƏZis. [ər.] klas. 1. Əruz vəznində olan şeir formalarından birinin adı.
2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir. Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq. Bəylər pəhləvan kimi meydana girib, bir-birinə rəcəz oxudular. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|