İzahlı lüğət

REKTOR (ID - 33739)

[lat. rector - rəhbər, idarə edən] Ali məktəbə, habelə ali və orta dini məktəbə rəhbərlik edən şəxs. Universitet rektoru. Rektorun əmri.

REKTORAT (ID - 33740)

[lat.] bax rektorluq 2-ci mənada.

REKTORLUQ (ID - 33741)

is. 1. Rektorun vəzifəsi, işi.
2. Ali məktəbin, rektorun başçılıq etdiyi inzibati tədris idarəsi; rektorat. // Həmin idarənin yerləşdiyi bina.

REKVİYEM (ID - 33742)

is. [lat.] Dini matəm mərasimində oxunan çoxsəsli silsilə xor əsəri.

REKVİZİT (ID - 33743)

[lat. requisitum - tələb olunan] Tamaşa və ya kinofilm çəkilən zaman lazım olan bütün əşyalar. [“Hamlet” də] dekorlar, paltarlar, rekvizit, musiqi şərti bir Şərq üslubunda verilmişdi. C.Cəfərov.

REKVİZİTÇİ (ID - 33744)

bax rekvizitor.

REKVİZİTOR (ID - 33745)

[lat.] Teatrda, kinostudiyada rekvizitə baxan adam; rekvizitçi.

REQBİ (ID - 33746)

[ing. rugby] Uzunsov topla oynanılan futbol oyunu növlərindən biri.

REQBİÇİ (ID - 33747)

is. Reqbi oynayan adam.

REQLAMENT (ID - 33748)

[fr.] Müşavirənin, iclasın, qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş nizamnamə. Reqlamentə riayət etmək. Reqlamenti pozmaq. Reqlamentdən kənara çıxmaq.

REQLAN (ID - 33749)

[ing.] Qolları çiyni ilə bütöv biçilmiş, habelə bu cür biçilmiş palto və s. Reqlan palto. Reqlan paltar.

REQRESSİYA (ID - 33750)

is. [lat.] Dənizin tədricən geri çəkilməsi halı.

RELAKSİYA (ID - 33751)

is. [lat.] 1. Zəifləmə.
2. Gərginliyin özbaşına azalması halı.

RELE (ID - 33752)

[fr.] Elektrik dövrəsini müəyyən hadisələr zamanı avtomatik olaraq açan və ya bağlayan alət.

RELİKT (ID - 33753)

is. [lat. relictum - qalıq] Çox qədim dövrlərin qalığı olan şey, hadisə; qalıq. Yalançı reliktlər.

RELS (ID - 33754)

[ing. rails, rail, lat. regula - düz taxta, tir] Üzərində vaqon, vaqonet və s. təkərlərinin diyirlənərək hərəkət etdiyi ensiz polad tir, ray. [Qəhrəmani] vağzalın böyük binasından keçib relslərin üstündən adlayaraq depoya tərəf...

RELSLİ (ID - 33755)

sif Relslərdən düzəldilmiş, yaxud rels üzərində hərəkət edən. Relsli yol. Relsli nəqliyyat.

RELSSİZ (ID - 33756)

sif Rels döşənməmiş, rels üzərində hərəkət etməyən. Relssiz nəqliyyat.

RELYATİVIST (ID - 33757)

[lat.] Relyativizm tərəfdarı.

RELYATİVİZM (ID - 33758)

[lat. relativus - nisbi] fəls. İnsan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan. Relyativizm fiziki idealizmin qnoseoloji mənbələrindən biri olmuşdur.

RELYEF (ID - 33759)

[fr. relief] Yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s. Dəniz dibinin relyefi. Rayonun relyefi.

REMARKA (ID - 33760)

[fr. remarque] Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı.

REMEDİUM (ID - 33761)

is. [lat.] Qızıl sikkə standartı şəraitində sikkənin faktik çəkiyə və əyara görə qanuni normadan kənara çıxması.

RENTA (ID - 33762)

[alm. Rente, fr. rente] 1. iqt. Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir. Torpaq rentası.
2. mal. Istiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı....

RENTGEN (ID - 33763)

[alman fizikinin adından] Rentgen şüaları ilə işıqlandırma. Rentgenin nəticəsi. □ Rentgen şüaları - qeyrişəffaf cisimlərdən keçə bilən qısa elektromaqnit dalğalardan ibarət gözlə görünməyən şüalar.
Həmin şüalarla...

RENTGENOQRAFİYA (ID - 33764)

[rentgen və yun. grapho - yazıram] Rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun şəklinin çəkilməsi.

RENTGENOQRAM (ID - 33765)

[rentgen və yun. gramma - yazı] Rentgen şüaları vasitəsilə fotoplastinka və ya plyonkada alınan əks.

RENTGENOLOGİYA (ID - 33766)

[rentgen və yun. logos] Tibbin, rentgen şüalarının diaqnostika və müalicə məqsədilə tətbiqindən bəhs edən şöbəsi.

RENTGENOLOJİ (ID - 33767)

sif. [rentgen və yun. logos] Rentgenologiya ilə əlaqədar olan, rentgenologiya ilə bağlı olan. Rentgenoloji üsul.

RENTGENOLOQ (ID - 33768)

[rentgen və yun. logos] Rentgenologiya və rentgen şüaları ilə müalicə mütəxəssisi olan həkim.

RENTGENOSKOPİK (ID - 33769)

sif. [rentgen və yun. skopeo - baxıram] Rentgenoskopiyaya aid olan, rentgenoskopiya ilə əlaqədar olan. Rentgenoskopik üsul.

RENTGENOSKOPİYA (ID - 33770)

[rentgen və yun. skopeo - baxıram] Qeyri-şəffaf cisimlərin rentgen şüaları vasitəsilə tədqiq edilməsi, yoxlanılması.

RENTGENOTERAPIYA (ID - 33771)

[rentgen və yun. therapeia] Rentgen şüalarının müalicə məqsədilə tətbiqi.

REOSTAT (ID - 33772)

[yun. rheos - axın və statos hərəkətsiz] Elektrik çevrəsində enerjinin və gərginliyin gücünü nizama salan cihaz.

REPERTUAR (ID - 33773)

[fr.] Teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərinin məcmusu. Teatrın repertuarı. // Birisinin ifa etdiyi rolların, musiqi əsərlərinin və s.-nin məcmusu. Artistin repertuarı. - Seyid Şuşinski...

REPETİSİYA (ID - 33774)

[lat.] Tamaşanın, konsertin, kinoçəkilişi üçün səhnənin və s. hazırlanması üçün görülən ilkin işlər; habelə nümunə üçün onların ifası; məşq.

REPLİKA (ID - 33775)

[fr.] 1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı. C.Cabbarlı. ..Dilbər xanım səhnəyə çıxan kimi ətrafımda oturanlardan belə replikalar eşidirdim....

REPORTAJ (ID - 33776)

[fr. reportage] Günün hadisələri haqqında dövri mətbuatda çap olunan və ya radio və televiziya ilə verilən məlumat. Idman yarışı haqqında radio ilə reportaj.

REPORTYOR (ID - 33777)

[ing. əsli fr.] Yerli həyatda baş verən hadisələr, əhvalatlar və s. haqqında məlumat verən qəzet, jurnal, radio, televiziya, məlumat agentliyi və s. işçisi.

REPORTYORLUQ (ID - 33778)

is. Reportyorun işi, fəaliyyəti.

REPRESSİYA (ID - 33779)

is. [lat.] 1. Təqib etmə, kütləvi cəzalandırma.
2. Mənəvi təzyiq.

REPRESSOR (ID - 33780)

is. [lat.] Tənzimləyici xüsusi zülal.

REPRİZA (ID - 33781)

is. [fr.] 1. Musiqi əsərinin hər hansı bir hissəsinin təkrarı.
2. Sirk və estradada klounun səslə, yaxud pantomima vasitəsilə ifa etdiyi məzhəkə, zarafat.

REPRODÜKSİYA (ID - 33782)

[lat. re - yenidən və productio - düzəltmə] 1. Poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, çertyoj, çap olunmuş mətnin surətinin çıxarılması və çoxaldılması.
2. Yenidən çap edilmiş şəkil, rəsm və s. Rəssamın əsərinin...

REPRODÜKTOR (ID - 33783)

[lat.] Radioverilişlərini ucadan səsləndirən cihaz, aparat; səsucaldan. Eldar.. pəncələri üstündə yeriyərək reproduktorun səsini kəsmək üçün əlini uzatdı. M.Rzaquluzadə.

REPS (ID - 33784)

[fr.] Xırda qabarıq zolaqlı sıx parça. // Həmin parçadan tikilmiş.

RESEPT (ID - 33785)

[lat. receptum - alınmış] Həkimin, qəbul edilmək qaydası da daxil olmaqla dərman hazırlamaq üçün aptekə yazılı göstərişi; nüsxə. Professor reseptyazdıqdan sonra Səriyyə ilə vidalaşdı və sabah yenə gəlib xəstəyə baxacağını...

RESEPTAR (ID - 33786)

[lat.] Həkimin reseptinə əsasən dərman sifarişini qəbul edən aptek işçisi.

RESEPTURA (ID - 33787)

[lat.] Dərman yazılması və hazırlanması qaydalarının məcmusu. // Bir şeyi hazırlamaq haqqında məlumatların məcmusu. Boyanın resepturası.

RESİDİV (ID - 33788)

[lat. recidivus - qayıdan] hüq. Cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed