İzahlı lüğət

RAPİRAÇI (ID - 33639)

is. idm. Rapira ilə çıxış edən idmançı.

RAPORT (ID - 33640)

[fr.] 1. Hərbi xidmətçinin öz böyüyünə verdiyi şifahi və ya yazılı məlumat, xəbər. Hüseyn raport verib komandirinə; Yönəlir katiblə iclas yerinə. M.Rahim. [Aslan] ..kiçik komandirlərin raportlarını dinləyir, yeni əmrlər verirdi....

RAPSODİYA (ID - 33641)

[yun. rhapsodia] 1. Qədim yunan səyyar xanəndələrinin (rapsodlarının) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr.
2. Xalq mahnı və rəqsləri mövzusunda yazılmış instrumental və ya vokal instrumental əsər....

RASİON (ID - 33642)

[lat. rationis - ölçü] Müəyyən vaxt üçün yemək norması, müəyyən vaxt üçün yemək payı; cirə. Əsgərin gündəlik rasionu. // Heyvanlara veriləcək gündəlik yemin miqdarı və tərkibi; yem norması. Normalara müvafiq olaraq heyvanın...

RASİONAL (ID - 33643)

[lat.] Ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq. Xammaldan rasional surətdə istifadə. Işin rasional təşkili.

RASİONALİST (ID - 33644)

[lat.] 1. Rasionalizm tərəfdarı (bax rasionalizm 1-ci mənada).
2. Həyatda ancaq məntiq və ağlın tələblərinə əsaslamn adam.

RASİONALIZM (ID - 33645)

[lat.] 1. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan.
2. Həyata şüurlu münasibət, hərəkətlərində şüurluluq.

RAST1 (ID - 33646)

[fars.] sif. Düz, müstəqim. □ Rast gəlmək- bax rastlaşmaq. Miraxur küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu ki.. M.F.Axundzadə. [Sultan:] Bu gün bazardan keçərkən, Quluya rast gəlib, əhvalını sual etdim....

RAST2 (ID - 33647)

is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar. Ə.Haqverdiyev.

RASTA (ID - 33648)

is. [fars.] köhn. Dükanların yerləşdiyi kiçik düz küçə; dükanlar sırası. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. C.Məmmədquluzadə.

RASTABAZAR (ID - 33649)

is. [fars.] köhn. Düz sıra ilə düzülmüş dükanlardan, mağazalardan və s.-dən ibarət bazar. Rastabazarda şirin alışveriş vardı, alıcının çoxu tərəkəmə idi. Çəmənzəminli. [Ağaqurbanın] Rastabazarda iki qapıdan ibarət böyük...

RASTLAŞMA (ID - 33650)

“Rastlaşmaq” dan f.is. Ağasəfərlə rastlaşması heç də Nəcmiyə xoş gəlmədi. Ə.Əbülhəsən.

RASTLAŞMAQ (ID - 33651)

f. Təsadüf etmək, üz-üzə gəlmək, qarşısına çıxmaq, görmək. Maşın üç at qoşulmuş bir araba ilə rastlaşdı. H.Seyidbəyli.

RATİFİKASİYA (ID - 33652)

is. [lat.] Dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri təsdiq etməsi.

RATİN (ID - 33653)

[fr.] Üz tərəfində burulmuş xovları olan üst paltarlıq yun parça. 5 metr ratin. // Həmin parçadan tikilmiş. Ratin pencək.

RATSİYA (ID - 33654)

is. Az güclü səyyar radiostansiya.

RAUND (ID - 33655)

[ing.] Boksda: vuruşun bir hissəsinin davam etdiyi iki və ya üç dəqiqəlik müddət.

RAVİ (ID - 33656)

is. [ər.] klas. Rəvayət edən, hekayə edən, bir əhvalatı olduğu kimi danışan. Ravi belə rəvayət eyləyir ki, bu zənən Bağdad padşahının baş hərəmi imiş. (Nağıl).

RAVVİN (ID - 33657)

is. [qədimi yəh. rabbi - mənim müəllimim] Yəhudilərin dini-əxlaqi həyatına başçılıq edən din xadimi, ruhani.

RAY (ID - 33658)

[ing.] bax rels.

RAYİHƏ (ID - 33659)

is. [ər.] Xoş iy, gözəl qoxu; ətir. Gülün rayihəsi. - Arazın mehi kənddən kövşənə xoş bir rayihə, gözəl bir qoxu gətirirdi. Ə.Vəliyev. [Allahyar] Mələyin sinəsindən və saçından gələn mixək iyinə bənzər rayihəni hələ...

RAYİHƏLİ (ID - 33660)

sif. Gözəl iyli, xoş qoxulu; ətirli. Rayihəli çiçək. - Göz işlədikcə uzanan düzləri əlvan çiçəklər, rayihəli otlar cənnətə döndərmişdi. M.Hüseyn.

RAYKOM (ID - 33661)

is. “Rayon komitəsi” nin ixtisarı (çox vaxt “rayon partiya komitəsi” mənasında işlənir). Raykom binası. Raykoma getmək.

RAYON (ID - 33662)

is. [fr.] 1. Bir ərazinin hər hansı bir coğrafi, iqtisadi və b. cəhətdən tam bir vəhdət təşkil edən hissəsi. Sənaye rayonu. Kənd təsərrüfat rayonu. Ölkənin şimal rayonları. Tərəvəzçilik rayonu. - Bibiheybət Bakının qədim...

RAYONLARARASI (ID - 33663)

sif. Bir neçə rayon üçün ümumi olan, təşkil olunmuş; bir neçə rayona aid olan (xidmət edən). Rayonlararası tikinti idarəsi. Rayonlararası mal-qara kökəltmə məntəqəsi.

RAYONLAŞDIRILMA (ID - 33664)

“Rayonlaşdırılmaq” dan f.is.

RAYONLAŞDIRILMAQ (ID - 33665)

məch. 1. İnzibati, fiziki-coğrafi, iqtisadi və b. cəhətlərə görə rayonlara bölünmək.
2. xüs. Müəyyən fiziki-coğrafi rayonların şəraitinə ən çox uyğunlaşdırılmaq, aid edilmək. Rayonlaşdırılmış (f.sif.) çiyid.

RAYONLAŞDIRMA (ID - 33666)

“Rayonlaşdırmaq” dan f.is.

RAYONLAŞDIRMAQ (ID - 33667)

f 1. Ərazini iqtisadi, inzibati və b. rayonlara bölmək.
xüs. Müəyyən rayona (və ya rayonlara) uyğunlaşdırmaq, aid etmək. Buğda növünü rayonlaşdırmaq.

RAYSOVET (ID - 33668)

is. tar. “Rayon soveti” nin ixtisarı. Raysovet sədri. Raysovetin qərarı.

RAZI (ID - 33669)

sif və zərf [ər.] Bir şeydən razı olan; məmnun. Yüz cəfa eyləsən, ey şux, könüldür razi. S.Ə.Şirvani. Qubernatordan tutmuş axırıncı pristavadək [Iskəndər bəyin] evinə gələrkən hər barədə razı gedərdi. Ə.Haqverdiyev....

RAZILAŞDIRILMA (ID - 33670)

“Razılaşdırılmaq” dan f.is.

RAZILAŞDIRILMAQ (ID - 33671)

məch. Başqasının və ya başqalarının razılığı alınmaq. Plan müəyyən idarələrlə razılaşdırılmışdır.

RAZILAŞDIRMA (ID - 33672)

“Razılaşdırmaq” dan f.is.

RAZILAŞDIRMAQ (ID - 33673)

f Bir şey haqqında başqası və ya başqaları ilə danışaraq onun (onların) razılığını almaq, ümumi bir fikrə gəlmək. Layihəni lazımi təşkilatlarla razılaşdırmaq.

RAZILAŞMA (ID - 33674)

"Razılaşmaq” dan f.is.

RAZILAŞMAQ (ID - 33675)

f Razı olmaq, razılıq vermək, öz razılığını bildirmək, düzgün hesab etmək. Başqasının fikri ilə razılaşmaq. - Kişi yenə də başını buladı və guya əlacsız qalıb razılaşdı. H.Seyidbəyli.

RAZILIQ (ID - 33676)

is. Razı olma, məmnunluq hissi; məmnuniyyət. Ağrıdan, acıdan yaranır əsər; Ölər yaşanmamış söz bələyində; Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. B.Vahabzadə. □ Razılıq (razılığını)...

RAZYANA (ID - 33677)

is. [fars.] bot. 1. Efir yağı verən ot-bitki; həmin bitkinin şirin dadan və ədviyyə kimi işlədilən xoşiyli toxumu.
Turşaşirin dadan alma növü.

RAZYANALIQ (ID - 33678)

is. Çoxlu razyana bitmiş sahə.

REABİLİTASİYA (ID - 33679)

is. [lat.] 1. Təmizəçıxarılma.
Hüquqların bərpası.
Xəstəlik keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin bərpası üçün tədbirlər kompleksi.

REAGENT (ID - 33680)

[lat. re... - əks və agens - edən] Kimyəvi reaksiyada iştirak edən maddə; reaktiv.

REAKSİYA (ID - 33681)

[lat. re... - əks və actio - hərəkət] 1. Hər hansı bir təsirə cavab olaraq əmələ gələn təsir. // fiziol. biol. Orqanizmin xarici və ya daxili təxərrüşə münasibəti. Orqanizmin soyuğa qarşı reaksiyası.
Əhvalda baş verən...

REAKTİV1 (ID - 33682)

[lat. re... - əks və activus fəal] kim. Başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da bu maddənin həmin tərkibdə olub-olmadığını aşkar etməyə imkan verən maddə.

REAKTİV2 (ID - 33683)

sif. [lat. re... - əks və activus fəal] fiz. Qaz, buxar və s.-nin yaratdığı qüvvədən istifadə edən, həmin qüvvəyə əsaslanan. Reaktiv mühərrik. Reaktiv hərəkat. Reaktiv təyyarə.

REAKTOR (ID - 33684)

[lat.] Arasıkəsilməz və tənzim edilə bilən atom enerjisi almaq üçün qurğular sistemi (bu, atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyasından istifadə əsasında əmələ gəlir). Atom reaktoru. Nüvə reaktoru.

REAL (ID - 33685)

sif. [lat. realis] 1. Xəyalda deyil, həqiqətdə mövcud olan; həqiqi, gerçək. Real həyat. Real varlıq. Real şey. // Həyata keçirilə bilən, yerinə yetirilməsi mümkün olan. Realplan. // Əsil, həqiqi. Real əsas.
2. Həqiqi və obyektiv...

REALİST (ID - 33686)

[lat.] 1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam. Sən lap realistsən, ay Məhər kişi, - deyə sədr gülə-gülə ona müraciət etdi. B.Bayramov.
Ədəbiyyat...

REALİZƏ (ID - 33687)

[lat.] Satma, satılma; satıb pula çevirmə, satılıb pula çevrilmə. Istehsal olunan məhsulun realizəsi. □ Realizə edilmək satılıb pula çevrilmək. Realizə etmək - satıb pula çevirmək.

REALİZM (ID - 33688)

[lat. realis - maddi, həqiqi]
Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı. Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsulu, habelə ədəbiyyat...

Bu səhifə dəfə baxılıb

not_found
......