İzahlı lüğət

RAST1

[fars.] sif. Düz, müstəqim. □ Rast gəlmək- bax rastlaşmaq. Miraxur küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu ki.. M.F.Axundzadə. [Sultan:] Bu gün bazardan keçərkən, Quluya rast gəlib, əhvalını sual etdim. N.Nərimanov. Nurəddin meşə ilə iki saata qədər yol gedəndən sonra bir çaya rast gəldi. S.S.Axundov. Rast gətirmək - müvəffəq olmaq, düz gətirmək. [Xavər Kərimxana:] ..Sən nə bacarırdın, onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi. Mən başqa bir həyat istəmirəm!.. M.İbrahimov. Rast olmaq- b ax rast gəlmək. Lütfəli qapıdan içəriyə girəndə Qurban ona rast oldu. İ.Musabəyov. Süfrə başında əyləşəndə dərviş dedi: - Sən ağılda adam heç mənə rast olmayıb. (Nağıl). Rastına gəlmək (çıxmaq) - qabağına çıxmaq, rast gəlmək. [Dərviş:] ...Hər kəs rastıma gəlir, hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə. [Mərcan bəy:] Bir göyçək arvaddır, rastıma çıxıbdır, alıram. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed