İzahlı lüğət

RAYON

is. [fr.] 1. Bir ərazinin hər hansı bir coğrafi, iqtisadi və b. cəhətdən tam bir vəhdət təşkil edən hissəsi. Sənaye rayonu. Kənd təsərrüfat rayonu. Ölkənin şimal rayonları. Tərəvəzçilik rayonu. - Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn. // Yaşayış məntəqəsinin müəyyən xüsusiyyətləri ilə səciyyələnən hissəsi. Fəhlə rayonu. Mərkəzi rayon. // Bir hadisənin baş verdiyi və yayıldığı yer. Hərbi əməliyyat rayonu. Daşqın rayonu.
2. Vilayət, ölkə və respublikaların, eləcə də böyük şəhərlərin tərkibinə daxil olan inzibati-ərazi vahidi. Şamaxı rayonu. Bakı şəhərinin Nəsimi rayonu. - Fərmanın uşaqlığı Ismayıllı rayonunun Zoğallı kəndində keçmişdir. Ə.Sadıq. // Həmin dövlət ərazi vahidinin inzibati mərkəzi və orada yerləşən baş idarələr. Rayondan göstəriş almaq. - [Qulu:] Hümmət söz verib ki, rayondan ekskavator da göndərsin. İ.Əfəndiyev. [Yusif Hümmətə:] Indi ki belə oldu, mən məsələni rayonda qoyacağam. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

RAM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed