ROMAN (ID - 34039)is. [fr.] 1. Həcmcə böyük, adətən nəsrlə yazılmış böyük hekayə. M.S.Ordubadinin tarixi romanları. - “Bahadır və Sona” öz üslubu ilə də fərqlənir. Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif. Bu iki nəfərlik balaca...
|
ROMANÇI (ID - 34040)is. Roman yazan yazıçı. M.S.Ordubadi Azərbaycan ədəbiyyatında romançı kimi tanınır. - Dil məsələsi dramaturq üçün daha ciddi bir məsələdir. Onun dili romançının dilindən fərqlidir. C.Cabbarlı.
|
ROMANİST (ID - 34041)is. [fr.] Roman filologiyası mütəxəssisi.
|
ROMANİSTİKA (ID - 34042)[rus. əsli fr.] Roman dilləri və mədəniyyətini öyrənən elmlərin məcmusu; roman filologiyası.
|
ROMANİZM (ID - 34043)[fr.] Roman dillərindən alınmış söz və ya ifadə.
|
ROMANS (ID - 34044)[fr.] 1. Fortepiano və ya başqa musiqi alətinin müşayiətilə oxunmaq üçün hər hansı bir şairin sözlərinə yazılmış kiçik vokal əsəri. Indi bizim şöhrət qazanmış simfonik əsərlərimiz, romanslarımız, mahnılarımız vardır....
|
ROMANTİK (ID - 34045)[fr.] 1. Romantizmin (1 və
ci mənalarda) tərəfdarı və davamçısı. Fransız romantikləri. 2. İnsanları və həyatı idealizə edən; xəyalpərəst, hissiyyatçı. |
ROMANTIK (ID - 34046)sif. [fr.] 1. Əsasında romantika olan, romantika ilə dolğun. Romantik poeziya. - C. Cabbarlı Elxanı romantik boyalarla təsvir etmişdir. M.Arif. [Salman] Muğanda ovçuluqdan, çöllü həyatının qəribə romantik macəralarından şirin-şirin...
|
ROMANTİKA (ID - 34047)[fr.] 1. Bax romantizm
və 2-ci mənalarda. Hüseyn Cavidin romantikası. - Romantika Almazın enerjisində, yaradıcılıqpafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir.... |
ROMANTİKLƏŞDİRİLMƏ (ID - 34048)“Romantikləşdirilmək” dən f.is.
|
ROMANTİKLƏŞDİRİLMƏK (ID - 34049)məch. Romantik şəkildə təsvir edilmək, göstərilmək. Əsərin qəhrəmanı romantikləşdirilmişdir.
|
ROMANTİKLƏŞDİRMƏ (ID - 34050)“Romantikləşdirmək” dən f.is.
|
ROMANTİKLƏŞDİRMƏK (ID - 34051)f. Bir şeyi və ya adamı romantik, ideallaşdırılmış şəkildə göstərmək, təsvir etmək; ideallaşdırmaq. Keçmişi romantikləşdirmək. Qəhrəmanı romantikləşdirmək. - [Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif və Sabir] insan gözəlliyini...
|
ROMANTİZM (ID - 34052)[fr. romantisme, lat. romanus - Romaya aid] 1. XIX əsrin birinci rübündə klassisizmin qanunları ilə mübarizə aparan, şəxsiyyət və hissiyyatı tarixi və xalq poetik mövzuları öz yaradıcılığı üçün əsas qəbul edən cərəyan.
Ədəbiyyat... |
ROMB (ID - 34053)[yun.] 1. Tərəfləri bərabər çəp paraleloqram.
2. tar. Sovet ordusunda ali komanda heyətinin fərqlənmə nişanı (1943-cü ildə poqon tətbiqinə qədər). |
ROMBABƏNZƏR (ID - 34054)bax rombşəkilli.
|
ROMBAOXŞAR (ID - 34055)b ax rombvari.
|
ROMBOİD (ID - 34056)[yun.] riyaz. bax paraleloqram.
|
ROMBŞƏKİLLİ (ID - 34057)sif. Romba bənzəyən, romba oxşayan, romb kimi olan; paxlavaşəkilli. Rombşəkilli nişan. - Açdı, qoydu altıyeddi; romb şəkillipaxlavanı; 0am yandırdı, şölələri; necə parlaq, necə əziz. X.Rza.
|
ROMBVARİ (ID - 34058)b a x rombşəkilli.
|
RONDO (ID - 34059)is. [ital.] Əsas mövzunun dəfələrlə təkrarlanması və onların arasında müxtəlif məzmunlu epizodların növbələşməsinə əsaslanan musiqi forması.
|
ROTA (ID - 34060)[pol. rota] Batalyon tərkibinə daxil olan qoşun bölgüsü. [Quliyev] gecə ikən rotalara, vzvodlara getdi. Ə.Vəliyev. Oz rotasından hələ heç kəsin sorağını almaması Tapdığı çox darıxdırırdı. Ə.Əbülhəsən.
|
ROTASİYA (ID - 34061)[lat. rotatio - fırlanma] mətb.: rotasiya maşını - fırlanan silindrik mətbəə forması (qəlibi) olan çap maşını.
|
ROTMİSTR (ID - 34062) |
ROTOR (ID - 34063)[lat. rotare - fırlanma] Maşının (turbinin, motorun və s.-nin) fırlanan hissəsi. Göz qoydu fırlanan neçə rotora; Bu mədən ustası, mədən həkimi. S.Vurğun. Rotorun gurultusu bütün buruğu bürümüşdü. M.İbrahimov.
|
ROYAL (ID - 34064)[fr.] Metal simləri üfüqi düzülmüş klavişli (dilli) musiqi aləti. Royal çalmaq.
|
ROYALİST (ID - 34065)kit. Padşahpərəst, monarxist.
|
ROYALIZM (ID - 34066)[fr.] Padşah hakimiyyəti tərəfdarlığı; padşahpərəstlik.
|
ROZMARIN (ID - 34067)[lat.] 1. bot. Yarpaq və çiçəyindən ətirli yağ hasil edilən dodaqçiçəklilər fəsiləsindən həmişəyaşıl yarımkol.
2. İncə ətri olan turşməzə qış alma növü. Ağ rozmarin. |
RÖVNƏQ (ID - 34068)is. [ər.] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq. Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif. Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim. □ Rövnəq tapmaq...
|
RÖVNƏQLƏNDİRMƏ (ID - 34069)“Rövnəqləndirmək” dən f.is.
|
RÖVNƏQLƏNDİRMƏK (ID - 34070)f bax rövnəq vermək (“rövnəq” də).
|
RÖVNƏQLƏNMƏ (ID - 34071)“Rövnəqlənmək” dən f.is.
|
RÖVNƏQLƏNMƏK (ID - 34072)f bax rövnəq tapmaq (“rövnəq” də).
|
RÖVNƏQLİ (ID - 34073)sif Gözəl, parlaq, təntənəli. Rövnəqli məclis. - ..Şəhərin halını qubernatora rövnəqli (z.) surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Çəmənzəminli.
|
RÖVŞƏN (ID - 34074)sif [fars.] klas. İşıqlı, parlaq, aydın. Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! X.Natəvan. Ey çocuq ruhu qədər şən Göy göl; Köksü almas kimi rövşən Göy göl! M.Müşfiq. □ Rövşən etmək (qılmaq) klas. işıqlandırmaq....
|
RÖVŞƏNLİK (ID - 34075)is. İşıqlıq, aydınlıq, parlaqlıq. Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli; Pərtovü mehri-cəmalın mahtab üstündədir. Xətayi.
|
RÖVZƏ1 (ID - 34076)is. [ər.] din. Şiə imamlarının ölümü haqqında hekayə; mərsiyə. Mey gətir saqi, məni qurtar nəmazü rövzədən. Kişvəri. Iyirmi beş gün tamamdır ki, bəstdə oturanlar gündüzlər rövzə və nitq söyləyirdilər. P.Makulu. // Bu...
|
RÖVZƏ2 (ID - 34077)is. [ər.] klas. 1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən” , “rövzeyi-kuy” və s. tərkib halında işlənir). Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.
2. məc. Behişt,... |
RÖVZƏXAN (ID - 34078)is. [ər. rövzə və fars. xan] Rövzə oxuyan, mərsiyə deyən adam. Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana; Danışır birpara sözlər ki, dəyir rövzəxana? M.Ə.Sabir.
|
RÖVZƏXANLIQ (ID - 34079) |
RÖYA (ID - 34080)is. [ər.] 1. Yuxu. [Xanəndə:] Röyadə mən keçən gecə eylərkən ahüzar; Sən vermədinmi bir əbədi vəsl için qərar?! H.Cavid. □ Röya görmək - yuxu görmək. Hər gün əğyarə nəsib oldu cəmalın, ey məh; Olmadı bir gecə kim,...
|
RUBA (ID - 34081)is. Bir pud ağırlığında olan köhnə çəki ölçüsü. [Xeyransanın] Hacı Manafdan aldığı isəyalnız bir ruba taxıl olmuşdu. S.Hüseyn.
|
RUBƏRU (ID - 34082)zərf [fars.] Üz-üzə, üzbəüz. Rubəru oturmaq. Rubəru dayanmaq. - Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. M.S.Ordubadi. [Rəşid:] Inanmayıram ki, bu iki ay qurtarsın...
|
RUH (ID - 34083)is. [ər.] 1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna hakim oldu. Çəmənzəminli. Torpağı bəzəsin bənövşə, nərgiz; Ruhuma doğmadır...
|
RUHANİ1 (ID - 34084)[ər.] 1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.
sif Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları - mollalar millətin avamlıqda... |
RUHANİ2 (ID - 34085)sif [ər.] klas. Lətif, gözəl mənzərəli, ab-havası gözəl; ruhu oxşayan. Ruhani bir mənzərə. - Nə gözəl mənzəreyişəfqətza; Nə lətafətli, nə ruhani səfa. M.Hadi. Ən ruhani nəşələrdən qanadım; Çıxdım, səni buludlarda...
|
RUHANİLİK (ID - 34086)is. Ruhani1 (1-ci mənada) olma, din xadimliyi, dini işlərlə məşğul olma. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində pəyğəmbərlikdən daha yüksək mövqe yoxdur. “Qabusnamə” .
|
RUHANİYYƏ(T) (ID - 34087)[ər.] klas. bax ruhanilik.
|
RUHƏN (ID - 34088)zərf [ər.] Mənən, mənəvi cəhətdən, ruhca. Ruhən bağlı olmaq. - Ruhən doğulan parıltı, rövnəq; Zahirdə verir büruzə, mütləq. Şəhriyar.
|
Bu səhifə dəfə baxılıb