RÖVŞƏNsif [fars.] klas. İşıqlı, parlaq, aydın. Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! X.Natəvan. Ey çocuq ruhu qədər şən Göy göl; Köksü almas kimi rövşən Göy göl! M.Müşfiq. □ Rövşən etmək (qılmaq) klas. işıqlandırmaq. Bir gecə ol şəmlə çeşmin sarayın rövşən et. Qövsi. Sinəsi büllur kimi; Ətrafı rövşən elədi. Aşıq Ələsgər. Iştə bulud parçaları ayrıldı; Ay parladı, dünyanı rövşən qıldı. A.Səhhət. Rövşən olmaq - işıqlanmaq, aydın olmaq. Soyuq küləklər əsən bir yerdə, bir məkanda; Iki yüz şam alışdır, yenə də rövşən olmaz. Şəhriyar.
Paylaşın - Hamı bilsin
|