
RUHANİ1[ər.] 1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.
sif Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları - mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş.. F.Köçərli. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq. // Din tədris edilən. Ruhani məktəb. sif Ruhla bağlı olan, ruha aid olan. Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı. sif. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. N.Nərimanov. is. Sazda çalınan aşıq havalarından birinin adı. □ Ruhani ata məc. - tərbiyəçi, mürəbbi, tərbiyə verib yetişdirən adam; ustad, yol göstərən. Ruhani ataydı şagirdlərinə; Köksü dar gələrdi iftixarına; Ondakı məhəbbət, ondakı şəfqət; Sığmırdı insanlıq hüdudlarına. Şəhriyar. Paylaşın - Hamı bilsin
|