RUHİ (ID - 34089)sif [ər.] 1. İnsanın daxili aləmilə, mənəviyyatı ilə bağlı olan; mənəvi. Ruhi əzab. Ruhi vəziyyət. - Laçın heç vaxt bugecəki kimi ruhi iztirab keçirməmişdi. M.Hüseyn. [Bəhram] da ixtiyarsız olaraq ani bir ruhi sıxıntı duydu....
|
RUHİ-RƏVAN (ID - 34090)is. [ər. ruh və fars. rəvan] klas. Sevgili, istəkli. Sən mənim cananım, ruhi-rəvanım; Ləbləri şirinim, qönçə dəhanım. M.P.Vaqif. [Xanəndə:] Gəl sevgili yarım, gözəlim, qönçə dəhanım! Gəl, ruhirəvanım! H.Cavid.
|
RUHİYYAT (ID - 34091)[ər.] köhn. bax psixologiya. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi.. M.S.Ordubadi.
|
RUHİYYATÇI (ID - 34092)is. [ər.] köhn. bax psixoloq. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mətaya maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam. M.S.Ordubadi.
|
RUHLANDIRICI (ID - 34093)sif. 1. Ruh verən, ruhlandıran, ruha gətirən, ilhama gətirən. Ruhlandırıcı amillər. Ruhlandırıcı mənzərə.
Ürəkləndirən, cəsarətverici, qüvvətverici, qüvvət və təsirini artıran. Ruhlandırıcı sözlər. |
RUHLANDIRMA (ID - 34094)“Ruhlandırmaq” dan f.is.
|
RUHLANDIRMAQ (ID - 34095)f Ürək vermək, cəsarət vermək, ürəkləndirmək. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev. Arzusuna çatmaqdan doğan bir fərəh Fərmanı ruhlandırmışdı. Ə.Sadıq.
|
RUHLANMA (ID - 34096)“Ruhlanmaq” dan f.is.
|
RUHLANMAQ (ID - 34097)f 1. Ürəklənmək, cəsarətlənmək, qüvvət almaq, cuşa gəlmək. Ruhlanın Babəkin xatirəsindən; Bizi igidliyə çağırır Vətən. S.Vurğun. Mürsəl kişi danışdıqca ruhlanırdı. M.Hüseyn. // məc. Canlanmaq, cana gəlmək. Çiçəklər,...
|
RUHLU (ID - 34098)sif Ruhu (2-ci mənada) olan, həvəsli, gözəl bir şeydən ruhlanan, təsirlənən, vəcdə gələn, şövqlənən. Çox ruhlu adamdır.
|
RUHNƏVAZ (ID - 34099)sif [ər. ruh və fars. ...nəvaz] klas. bax ruhoxşayan. ..Bufet və restoranlarda çalınmaqda olan musiqilərin ruhnəvaz səsi eşidilirdi. S.Hüseyn.
|
RUHOXŞAYAN (ID - 34100)sif Ruha xoş gələn, ruhu oxşayan, ruh verən, ürəyəyatan. ..Ataş elə bil ömründə bu cür ürəyəyatan, ruhoxşayan, könülaçan axşam görməmişdi. Ə.Vəliyev.
|
RUHOXŞAYICI (ID - 34101)bax ruhoxşayan. Simfoniyanın ruhoxşayıcı melodiyaları pərdəpərdə yayılır.
|
RUHPƏRVƏR (ID - 34102)sif [ər. ruh və fars. ...pərvər] klas. Həyat verən, ruha qüvvət verən; canlandırıcı. ruhlandırıcı. ..Mən bu gün bir neçə xəbərlər eşitmişəm ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edəm. N.Vəzirov. [Sitarə...
|
RUHSUZ (ID - 34103)sif Süst, ölgün, ətalətli, həvəssiz, heç bir şeydən ruhlanmayan, təsirlənməyən. Ruhsuz adam. Ruhsuz (z.) danışmaq. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. Yaşamaz eşqsiz, ruhsuz sənətkar;...
|
RUHSUZLUQ (ID - 34104)is. Süstlük, ölgünlük, ətalətlilik, həvəssizlik, maraqsızlıq; laqeydlik, ruh düşkünlüyü. Inci kimi tər tökən sinəsinin qaralıb təndir qapağına dönməsi onun üçün heç bir təəssüf, hüzn və ruhsuzluq gətirə bilmədi. Mir...
|
RUHŞÜNAS (ID - 34105)sif [ər. ruh və fars. ...şünas] köhn. bax psixoloq 2-ci mənada. [Mirzağa] Cəmilə kimi təmiz, ruhşünas, munis, eyni zamanda gözüaçıq, gözəl bir qız haradan tapacaqdı? S.Hüseyn.
|
RUHVERİCİ (ID - 34106)sif və zərf Ruh verən, ruhu oxşayan, ruhlandıran. Ruhverici musiqi. Ruhverici söhbət. - Məşədibəy dərdini-sərini demək, nə isə ruhverici bir söz eşitmək üçün yaxın bir dost axtarırdı. M.Hüseyn.
|
RUL (ID - 34107)[holl.] Avtomobilin, təyyarənin və s.-nin müəyyən istiqamətdə hərəkətini idarə etmək üçün qurğu; sükan. [Ağabala:] Buyur, əyləş rulun dalında, sür, biz də öyrənək! Mir Cəlal. [Səriyyə:] Mən rul arxasında oturmuş Adili...
|
RULET (ID - 34108)[fr.] 1. Döyülmüş ətdən və ya kartofdan uzunsov şəkildə iç qoyularaq hazırlanan yemək. Lay-lay xəmirdən girdə və ya uzunsov şəkildə hazırlanan içli şirin çörək.
|
RULETKA (ID - 34109)[fr.] 1. Futlyar içində vala sarınıb və lazım olduqca çıxarılan ölçü lenti (poladdan, kətandan və ya müşəmbədən qayrılır).
Həmin adlı bir növ qumar oyunu üçün xüsusi qurğu (bu qurğu, üzərində nömrələnməsi yuvacıqlar... |
RULON (ID - 34110)[fr.] Lülə şəklində bükülmüş, sarınmış şey (müşəmbə, kağız, parça və s.). Kağız rulonu. Tol rulonu.
|
RUM (ID - 34111)klas. tar. Əslən yunan olub müsəlman məmləkətlərində yaşayan əhaliyə və bu əhaliyə mənsub adamlara verilən ad. Cəm oluban rumü əcəm oynasa; Həzzim olmaz hərgiz özgədən, gəlin! M.P.Vaqif.
|
RUMB (ID - 34112)[ing.] Kompasın dairəsində (horizontun V32 hissəsinə müvafıq olan) bölgü.
|
RUMBA (ID - 34113)is. [isp.] Meksika mənşəli müasir rəqs növü.
|
RUMIN(LAR) (ID - 34114)Rumıniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
|
RUMINCA (ID - 34115)sif və zərf Rumın dilində. Rumınca-rusca lüğət. Rumınca öyrənmək.
|
RUMKA (ID - 34116)[holl. roemer - qədəh] dan. b a x qədəh. Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göycə balığının kababını məzə etdilər. E.Sultanov. [Rəcəb:] Bir rumka araq içsək, keçər...
|
RUPİYƏ (ID - 34117)[sanskr.] Hindistanda, Pakistanda və bir sıra başqa ölkələrdə: pul vahidi, həmçinin Hindistanda və Pakistanda gümüş pul.
|
RUS (ID - 34118)is. Rusiya Federasiyasında yaşayan əhalinin əksəriyyətini təşkil edən Şərqi slavyan xalqı və bu xalqa mənsub adam.
|
RUSCA (ID - 34119)sif. və zərf Rus dilində. Rusca danışmaq. Rusca-azərbaycanca lüğət.
|
RUSİ (ID - 34120)köhn. Rus dili, rusca. Biri həm rusidir kim, bilməyi bizlərə lazımdır. S.Ə.Şirvani.
|
RUSİST (ID - 34121)is. Rus filologiyası mütəxəssisi.
|
RUSİSTİKA (ID - 34122)[rus.] Rus dili və ədəbiyyatını öyrənən elmlərin məcmusu; rus filologiyası.
|
RUSİYALI (ID - 34123)sif və is. Rus, Rusiya əhalisindən olan. Rusiyalı dostum.
|
RUSİZM (ID - 34124)is. dilç. Rus dilindən alınmış söz və ya ifadə.
|
RUSLAŞDIRILMA (ID - 34125)“Ruslaşdırılmaq” dan f.is.
|
RUSLAŞDIRILMAQ (ID - 34126)məch. köhn. Rus dili və mədəniyyəti qəbul etdirilmək.
|
RUSLAŞDIRMA (ID - 34127)is. köhn. Çar Rusiyasında: rus olmayan xalqlara rus dili və adətlərini zorla qəbul etdirmə siyasəti.
|
RUSLAŞDIRMAQ (ID - 34128)f. köhn. Çar Rusiyasında: rus olmayan xalqları dil və adətlərə görə rus etmək.
|
RUSLAŞMA (ID - 34129)“Ruslaşmaq” dan f.is.
|
RUSLAŞMAQ (ID - 34130)f. köhn. Rus dili və adətlərini qəbul etmək; rus olmaq. Orda [Kremldə] sosialistlərin ruslaşan təməli var; Nerdə bir canavarlıq, bir cinayət çıxarsa; Orda barbar, kommunist Moskvanın əli var. A.İldırım.
|
RUSTÜMBAZ (ID - 34131)[fars.] bax kəndirbaz.
|
RUTİL (ID - 34132)is. [lat.] Qırmızımtıl rəngdə mineral.
|
RUZ (ID - 34133)is. [fars.] klas. Gün, gündüz. □ Ruziəzəl klas. - ibtida, lap başlanğıc. Ruziəzəldən klas. - ibtidadan, birinci gündən, lal əvvəldən. Ruzi-məhşər (həşr) din. - qiyamət günü. Vaiza, təqrir qılma çox da ruzihəşrdən; Aşiq...
|
RUZİ (ID - 34134)is. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. □ Ruzi etmək (eləmək) - azuqə kimi...
|
RUZİGAR (ID - 34135)is. [fars.] 1. Külək, yel. ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi. Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın...
|
RUZİSİZ (ID - 34136) |
RUZNAMƏ (ID - 34137)is. [fars.] köhn. Qəzet. Iki sənə bundan əqdəm .. “Irşad” ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. F.Köçərli. [Mirzə Əli Əkbər Səttarxana:] Deyirdin...
|
RUZNAMƏÇİ (ID - 34138)köhn. bax qəzetçi.
|
Bu səhifə dəfə baxılıb