
RUMKA[holl. roemer - qədəh] dan. b a x qədəh. Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göycə balığının kababını məzə etdilər. E.Sultanov. [Rəcəb:] Bir rumka araq içsək, keçər gedər. Qantəmir. Naşad yenə onun rumkasını doldurdu. Zeynal bir də içdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|