
RUHİsif [ər.] 1. İnsanın daxili aləmilə, mənəviyyatı ilə bağlı olan; mənəvi. Ruhi əzab. Ruhi vəziyyət. - Laçın heç vaxt bugecəki kimi ruhi iztirab keçirməmişdi. M.Hüseyn. [Bəhram] da ixtiyarsız olaraq ani bir ruhi sıxıntı duydu. Ə.Vəliyev.
□ Ruhi xəstə - dəli. Ruhi xəstəliklər insanın psixi fəaliyyətinin və əsəblərinin pozulması ilə bağlı olan xəstəliklər. Paylaşın - Hamı bilsin
|