İzahlı lüğət

RƏMMALLIQ (ID - 33889)

is. Rəmmalın peşəsi; falçılıq, rəmlçilik.

RƏMZ (ID - 33890)

is. [ər. ] 1. Bir fikri və ya anlayışı ifadə edən rəsm, şəkil, hərf və s. işarə. Göyərçin sülh rəmzidir. - Bu həqiqi və kamil bir sənət əsəri deyildisə də, lakin sadə və təsiredici rəmzlərlə dolu bir tablo idi. Ə.Məmmədxanlı.
İşarə...

RƏMZİ (ID - 33891)

sif. [ər.] Rəmzlə ifadə olunan, işarə ilə, dolayı yolla bildirilən; üstüörtülü. Rəmzi məna. - Sənətin, hünərin rəmzidir dağlar; Bizləri eşq ilə sənətə bağlar. Şəhriyar.

RƏNA (ID - 33892)

sif. və is. [ər. ] şair. 1. Gözəl (qız, qadın). Kim bilir, yollarında, ey rəna! Nə qədər, uf, boyun bükənlər var. A.Şaiq.
2. Gözəl, lətafətli, qəşəng. Bu haman rəna qəzəldir ki, Nəvai söyləmiş. Qövsi. Kəlağayı gülgəz,...

RƏNALIQ (ID - 33893)

is. şair. Gözəllik, göyçəklik, qəşənglik. Qopar qiyaməti sərvin girəm gülüstanə; Inanma sərv, sənubərdə var bu rənalıq. M.S.Ordubadi.

RƏNC (ID - 33894)

is. [fars.] klas. 1. Əziyyət, zəhmət. Ah, bizlər çocuq ikən nə qədər; Vermişik valideynə rəncü kədər! M.Ə.Sabir. Nə çox vaxt xırman döyəndə yazığın [taybuynuz öküzün] ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə...

RƏNCBƏR (ID - 33895)

is. [fars.] 1. Taxıl əkib becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı. Iş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi?! M.Ə.Sabir. [Molla Xəlil] gərək adi bir rəncbər kimi xışın...

RƏNCBƏRLİK (ID - 33896)

is. 1. Rəncbərin işi, peşəsi; əkinçilik, taxılçılıq. Kəndlilər rəncbərlik, maldarlıq və bağbançılıqla yarıac həyat sürərdilər.
2. Zəhmətkeşlik, əməkçi kəndli. [Imdad:] Atamız [Paşa bəyin] atasına, özümüz özünə...

RƏNCİDƏ (ID - 33897)

[fars.] bax incik. [Qadın:] Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız. Ə.Haqverdiyev. □ Rəncidə etmək (salmaq) - incitmək, küsdürmək, ürəyini sındırmaq. Rəncidə elə xalqı, danış acı...

RƏNCİDƏQƏLB, RƏNCİDƏXATİR, RƏNCİDƏHAL (ID - 33898)

sif. və zərfi [fars. rəncidə və ər. qəlb, xatir, hal] İncik, incimiş, küskün, küsmüş. Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. Çəmənzəminli. Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bayramov. □ Rəncidəqəlb...

RƏNCİDƏLİK (ID - 33899)

is. İnciklik, küskünlük, küsmə, incimə. [Müstəntiq:] Paşa bəyləpristav Kamalın arasında inciklik, rəncidəlik vardırmı? Ə.Vəliyev.

RƏNDƏ (ID - 33900)

RƏNDƏLƏMƏ (ID - 33901)

“Rəndələmək” dən f.is.

RƏNDƏLƏMƏK (ID - 33902)

f. 1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapıpəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.Ibrahimov. Qoca xarrat qutuları; Rəndələyib verdi...

RƏNDƏLƏNMƏ (ID - 33903)

“Rəndələnmək” dən f.is.

RƏNDƏLƏNMƏK (ID - 33904)

məch. 1. Rəndə ilə yonulub hamarlaşdırılmaq, yaxud rəndə ilə kəsilmək.
məc. Ora-burası düzəldilmək, yaxşı şəklə, qaydaya salınmaq.

RƏNDƏLƏTDİRMƏ (ID - 33905)

“Rəndələtdirmək” dən f.is.

RƏNDƏLƏTDİRMƏK (ID - 33906)

bax rəndələtmək.

RƏNDƏLƏTMƏ (ID - 33907)

“Rəndələtmək” dən f.is.

RƏNDƏLƏTMƏK (ID - 33908)

icb. Rəndə ilə yondurub hamarlatdırmaq. Taxtaları rəndələtmək.

RƏNG (ID - 33909)

is. [fars.] 1. Bir şeyin işıq tonu. Tünd rəng. Qırmızı rəng. - Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Xoşdur mənə, xoşdur bu təbiətdəki rənglər. S.Rüstəm. □ Rəngi qaçmaq (getmək) - öz təbii...

RƏNGARƏNG, RƏNGBƏRƏNG (ID - 33910)

sif [fars.] Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng...

RƏNGARƏNGLİK, RƏNGBƏRƏNGLİK (ID - 33911)

is. 1. Rəngarəng (rəngbərəng) şeyin halı və görünüşü; əlvanlıq.
Müxtəliflik, cürbəcürlük. Baletin kütləvi janr və qəhrəmanlıq səhnələri öz müstəsna dinamikliyi, rəqs vasitələrinin orijinallığı və rəngarəngliyi...

RƏNGİN (ID - 33912)

sif [fars.] şair. Rəngli, əlvan. Hanı rəngin çiçəklərin, çəmən? Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Əlvan boyalı yarpaqlarla, rəngin ipək xalılarla döşənmiş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı....

RƏNGKAR (ID - 33913)

[fars.] bax boyakar. Rəngkar rəssam.

RƏNGKARLIQ (ID - 33914)

bax boyakarlıq.

RƏNGLƏMƏ (ID - 33915)

"Rəngləmək” dən f.is.

RƏNGLƏMƏK (ID - 33916)

f. Bir şeyin üzünə rəng sürtmək, boya çəkmək, yaxud onu boyanın içinə salaraq müəyyən bir rəng vermək; boyamaq. Divarı rəngləmək. Yunu rəngləmək. [Qızyetər Şirzada:] Biz də köhnə taxıl anbarını rəngləmişik, elə bilirik...

RƏNGLƏNMƏ (ID - 33917)

“Rənglənmək” dən f.is.

RƏNGLƏNMƏK (ID - 33918)

məch. Rəng çəkilmək, rəng sürtülmək, boyadılmaq. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənməmişdi. Ə.Sadıq. Evlərimiz təmiz olur; Rənglənəndə döşəməsi. M.Dilbazi.

RƏNGLƏTDİRMƏ (ID - 33919)

"Rənglətdirmək” dən f.is.

RƏNGLƏTDİRMƏK (ID - 33920)

icb. Rəng (boyaq) çəkdirmək; boyatmaq. Divarları rənglətdirmək.

RƏNGLƏTMƏ (ID - 33921)

“Rənglətmək” dən f.is.

RƏNGLƏTMƏK (ID - 33922)

icb. Rəng (boyaq) çəkdirmək; boyatmaq. Jaketi rənglətmək. Otağı rənglətmək.

RƏNGLƏYİCİ (ID - 33923)

sif Rəngləmək üçün işlədilən; boyayıcı. Rəngləyici maddələr.

RƏNGLİ (ID - 33924)

sif 1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə. - Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi. M.İbrahimov.
Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan. Salman...

RƏNG-RƏNG (ID - 33925)

bax rəngarəng, rəngbərəng. Əriklər, gilaslar sayrışdı rəng-rəng; Ağır şaftalılar yerə baş əydi. S.Vurğun.

RƏNGSAZ (ID - 33926)

is. [fars.] Divara, tavana və s.-yə rəng çəkməyi özünə peşə etmiş usta; boyaçı. [İkinci işçi:] Rəngsazlar da orada avara qalıblar, materialları yoxdur. S.Rəhman. Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, rəngsaz,...

RƏNGSAZXANA (ID - 33927)

is. [fars.] Rəngsaz emalatxanası.

RƏNGSAZLIQ (ID - 33928)

is. Divara, tavana və s.-yə rəng çəkən ustanın sənəti, işi, peşəsi; boyaçılıq. [Mahmud Sevincə:] Mən əvvəllər elə bilirdim ki, rəngsazlıq adi bir fəhləlikdir. Z.Xəlil.

RƏNGSİZ (ID - 33929)

sif 1. Rəngi getmiş, rəngi solmuş; ağarmış, bozarmış. Rəngsiz jaket. Rəngsiz paltar. Rəng çəkilməmiş, rəng vurulmamış; boyasız. Rəngsiz pəncərə. - Bir qədər irəlidə hisli-paslı iki kiçik pəncərə arasında alçaq, rəngsiz...

RƏNGSİZLƏŞDİRMƏ (ID - 33930)

“Rəngsizləşdirmək” dən f.is.

RƏNGSİZLƏŞDİRMƏK (ID - 33931)

f Rəngsiz etmək, rəngini aparmaq; ağartmaq, bozartmaq. Günəş paltarı rəngsizləşdirdi.

RƏNGSİZLƏŞMƏ (ID - 33932)

“Rəngsizləşmək” dən f.is.

RƏNGSİZLƏŞMƏK (ID - 33933)

f Rəngi getmək, rəngini itirmək, ağarmaq, bozarmaq. Usta, Hidayətin bozarıb rəngsizləşmiş (f.sif.) üzünə qanlı-qanlı baxdı. B.Bayramov.

RƏSƏDXANA (ID - 33934)

[ər. rəsəd və fars. ...xanə] Astronomik, meteoroloji və s. müşahidələr aparmaq üçün optik cihaz və alətlərlə təchiz olunmuş bina; habelə belə tədqiqatlar aparılan müəssisə. Şamaxı astrofizika rəsədxanası.

RƏSM (ID - 33935)

is. [ər.] 1. Kağız, kətan və s. üzərində boya, qələm və s. ilə çəkilmiş hər hansı bir şeyin təsviri; şəkil. Təbiət rəsmləri. Dəniz rəsmi. Rəsm dəftəri. □ Rəsm etmək - çəkmək (şəkil və s.). Naxışları rəsm etmək....

RƏSMÇİ (ID - 33936)

is. Rəssam. [Səlimin] gözəl rəsmçi olduğunu hamı bildi. İ.Musabəyov.

RƏSMƏN (ID - 33937)

zərf [ər.] 1. Rəsmi olaraq, rəsmi surətdə. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə [Mingəçevirə] rəsmən şəhər adı verilmişdi. Ə.Sadıq. Ədhəm Kərəmzadə vəzifəni rəsmən qəbul etdi. B.Bayramov.
2. məc. Zahirən,...

RƏSMXƏT (ID - 33938)

is. [ər.] Cizgi çəkmə fənni, cizgi dərsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed