RƏNDƏLƏMƏKf. 1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapıpəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.Ibrahimov. Qoca xarrat qutuları; Rəndələyib verdi sığal. M.Dilbazi.
2. məc. Ora-burasını düzəltmək, yaxşı şəklə salmaq, qaydaya salmaq, abıra salmaq. ..Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır. // məc. Tərbiyələndirmək; kobud, qaba cəhətlərini bir qədər yumşaltmaq, azaltmaq. Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndələdi... B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|