İzahlı lüğət

RƏNCBƏR

is. [fars.] 1. Taxıl əkib becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı. Iş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi?! M.Ə.Sabir. [Molla Xəlil] gərək adi bir rəncbər kimi xışın dəstəsindən yapışsın, əkinçiliyə başlasın. S.Hüseyn.
2. Zəhmətkeş, əməkçi kəndli. [Mirzə:] Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Ə.Haqverdiyev. Ədhəm kişi ucaboylu, enlikürəkli, həddindən artıq genişalınlı, iri gözlərilə olduqca mehriban təsir buraxan bir rəncbər idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed