RƏNGLİsif 1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə. - Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi. M.İbrahimov.
Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. [Müəllim] [Tapdığa] bir qutu rəngli karandaş gətirmişdi. Ə.Vəliyev. Rəng bildirən sifətlərdən sonra gələrək əşyanın həmin rəngdə olduğunu bildirir. Qırmızı rəngli bayraq. Qara rəngli parça. - Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi. Paylaşın - Hamı bilsin
|