
RƏSMis. [ər.] 1. Kağız, kətan və s. üzərində boya, qələm və s. ilə çəkilmiş hər hansı bir şeyin təsviri; şəkil. Təbiət rəsmləri. Dəniz rəsmi. Rəsm dəftəri. □ Rəsm etmək - çəkmək (şəkil və s.). Naxışları rəsm etmək. Rəsmini almaq - şəklini çəkmək, surətini çıxartmaq.
2. köhn. Ayin, dəb, adət, mərasim, üsul. Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. M.S.Ordubadi. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru elədilər çay içməyə. Ə.Haqverdiyev. // köhn. Adət, qayda. Canım aldın, alma peykanın dilisuzandan; Rəsmdir kim, şahlar viranədən almaz xərac. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|