İzahlı lüğət

REALLAŞDIRILMA (ID - 33689)

“Reallaşdırılmaq” dan f.is.

REALLAŞDIRILMAQ (ID - 33690)

məch. Həyata keçirilmək. // Həyata keçirilmək üçün şərait yaradılmaq.

REALLAŞDIRMA (ID - 33691)

“Reallaşdırmaq” dan f.is.

REALLAŞDIRMAQ (ID - 33692)

f. Həyata keçirmək, gerçəkləşdirmək. // Həyata keçmək üçün şərait yaratmaq.

REALLAŞMA (ID - 33693)

“Reallaşmaq” dan f.is.

REALLAŞMAQ (ID - 33694)

f. Həyata keçmək, həyata keçirilmək, real bir şəkil almaq; gerçəkləşmək. // Həyata keçirilmək üçün şərait yaranmaq.

REALLIQ (ID - 33695)

is. 1. Obyektiv mövcud olan varlıq; gerçəklik, həqiqilik.
2. Real olma, həqiqilik, həyatilik. Siyasətin reallığı.

REALNİ (ID - 33696)

[rus., əsli lat. ]: realni məktəb 1917-ci il inqilabından əvvəlki Rusiyada: tədris planında təbii və dəqiq elmlərə çox yer verilən, qədim dillər keçilməyən orta məktəb. Qadir şəhərdən, oxuduğu realni məktəbdən qəsəbəyə...

REANİMASİYA (ID - 33697)

is. [lat.] Klinik ölüm vəziyyətində olan insanın canlanmasına yönəlmiş bədbəxt hadisə, xəstəlik nəticəsində həyat əlamətli orqanların qəflətən itirilmiş funksiyalarının bərpası üçün tədbirlər kompleksi.

REBUS (ID - 33698)

is. [lat.] Fiqurlar, işarələr və rəsmlər vasitəsilə^ düzəldilən tapmaca.

REÇİTATİV (ID - 33699)

[ital. recitatio] mus. İntonasiya və ritm cəhətdən ifadəli nitqə yaxın olan vokal musiqi əsər forması; hava ilə deyilən deklamasiya.

REDAKSİYA (ID - 33700)

[lat. redaction - qaydaya, səliqəyə salma] 1. Mətni işləmə və düzəltmə, redaktə etmə. Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.
Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik....

REDAKTƏ (ID - 33701)

is. [lat.] bax redaksiya 1-ci mənada. Yaxşı bir şerimi redaktə vaxtı; “Hələ qalsın!” - deyə qoydu kənara. X.Rza. Redaktə etmək - hər hansı bir mətni yoxlamaq və düzəltmək, sonuncu dəfə işləyərək çapa hazırlamaq. Əlyazmasını...

REDAKTOR (ID - 33702)

[lat.] 1. Hər hansı bir işi (kitabı, qəzeti, jumalı və s.) redaktə edən adam (bax redaktə). Əsərin redaktoru. Texniki redaktor.
2. Kitab, jurnal, qəzet və s.-nin nəşrinə rəhbərlik edən, onun məzmununu təsdiq edən şəxs. Qəzetin...

REDAKTORLUQ (ID - 33703)

REDÜKSİYA (ID - 33704)

[lat. reducere - qaytarmaq, geri çəkmək] 1. xüs. Mürəkkəb haldan sadə hala keçmə, bir şeyin bu və ya başqa cəhətdən azalması, zəifləməsi.
biol. Bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ölməsi, həcmcə...

REDÜKTOR (ID - 33705)

is. [lat.] Maşının təkərləri hərəkətə gətirən hissəsi.

REDÜT (ID - 33706)

is. [fr.] Müdafiə üçün kvadrat, düzbucaqlı və ya çoxbucaqlı formasında düzəldilmiş qapalı səhra istehkam tikilisi.

REFERAT (ID - 33707)

REFERATİV (ID - 33708)

sif. [lat.] Kitab, məqalə və s.-nin məzmununu qısa referat şəklində ifadə edən. Referativ jurnal.

REFERENDUM (ID - 33709)

[lat. referendum - məlumat verilməli] Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu, ümumi rəy sorğusu. Konstitusiya haqqında referendum.

REFERENSİYA (ID - 33710)

is. Firma və ya müəssisənin alım-ödəmə qabiliyyətinin şəhadətlik zəmanəti.

REFERENT (ID - 33711)

[lat. referentis - məlumat verən] Bir idarədə, təşkilatda müəyyən məsələlər üzrə məlumat və məsləhət verən vəzifəli şəxs. Referentlə məsləhətləşmək. Nazirliyin referenti.

REFLEKS (ID - 33712)

[lat. reflexus - inikas, əksetmə]
fiziol. Canlı orqanizmin qıcıqlanmaya, təsirə qarşı əsəb reaksiyası. Heyvanlar aləmi anadangəlmə reflekslərə, instinktlərə malikdir. M.Axundov.
kit. Bir hadisənin doğurduğu ikinci hadisə,...

REFLEKSİV, REFLEKTİV (ID - 33713)

sif. [lat.] Qeyrişüuri, mexaniki, şüursuz, refleks nəticəsində olaraq (b ax refleks 1-ci mənada). Refleksiv (reflektiv) hərəkət.

REFLEKTOR (ID - 33714)

REFLEKTOR (ID - 33715)

sif. [lat.] fiziol. Qeyri-şüuri, mexaniki. Reflektor hərəkət.

REFLEKTORLU (ID - 33716)

sif. Reflektoru olan, reflektorla təchiz edilmiş. Reflektorlu teleskop.

REFORMASİYA (ID - 33717)

[lat.] tar. XVI əsrdə Qərbi Avropada: kəndlilərin və törəməkdə olan burjuaziyanın feodalizmə qarşı mübarizəsi zəminində ortaya çıxaraq, sonradan katolik kilsəsinə qarşı dini mübarizə şəkli almış ictimai-siyasi hərəkat.

REFORMİST (ID - 33718)

[lat.] Reformizm tərəfdarı.

REFORMIZM (ID - 33719)

[lat. reformatio - dəyişmə, dəyişiklik] Fəhlə hərəkatında inqilabi sinfı mübarizənin, sosialist inqilabının və proletar diktaturasının zəruriliyini inkar edən və cüzi ictimai islahatlarla kifayətlənməyə, kapitalizmin əsaslarına...

REFRAKTOMETR (ID - 33720)

[lat. refractio - sınma və metreo - ölçürəm] Müxtəlif cisimlərdə işığın sınma göstəricilərini ölçmək üçün cihaz.

REFRİJERATOR (ID - 33721)

[fr.] 1. Soyuducu maşının, mayenin buxarlandığı və aşağı temperaturun əmələ gəldiyi hissəsi; buxarlandırıcı.
Tez xarab olan məhsulları daşımaq üçün soyuducu maşınlarla təchiz olunmuş vaqon, gəmi, avtomobil və s. Refrijerator...

REGENT (ID - 33722)

[lat. regentis - idarə edən] Padşah əvəzinə ali hakimiyyəti həyata keçirən, dövləti müvəqqəti idarə edən şəxs.

REGENTLİK (ID - 33723)

is. Padşahın xəstələnməsi, uzun müddət başqa yerdə olması, yaxud həddi-büluğa çatmaması və b. səbəblərə görə monarxiya ölkələrində dövləti bir və ya bir neçə şəxsin müvəqqəti idarə etməsi.

REGİON (ID - 33724)

is. [lat.] Ərazi, ölkə, rayon.

REGISTR (ID - 33725)

is. [lat.] Siyahı, göstərici.

REJİM (ID - 33726)

[fr.] 1. Dövlət quruluşu, idarə üsulu. Çar rejimi. Xalq demokratik rejimi.
Yaşamaq, işləmək, istirahət etmək, yemək-içmək, yatmaq və s. üçün dəqiq müəyyən olunmuş qayda, üsul; nizam. Gündəlik rejim. Düşərgənin rejimi....

REJİSSOR (ID - 33727)

[fr. regisseur, lat. rego - idarə edirəm] Teatr və ya kinematoqrafiya quruluşunun bədii rəhbəri; quruluşçu. Tamaşanın rejissoru. Rejissorun göstərişi.

REJİSSORLUQ (ID - 33728)

is. 1. Rejissorun işi, sənəti, vəzifəsi.
2. Tamaşanın, filmin quruluşuna rəhbərlik; rejissura. [Əmrulla:] Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. C.Cabbarlı.

REJİSSURA (ID - 33729)

REKLAM (ID - 33730)

[lat. reclamare - qışqırmaq]
Bir adama və ya bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədilə görülən tədbirlər. Böyük dükanların vitrinləri, divarlar, hasarlar afişa, elan və...

REKLAMÇI (ID - 33731)

is. Reklam tərtib edən, reklam düzəldən; reklam tərtibçisi.

REKLAMASİYA (ID - 33732)

[lat. reclamatio - inkar, etiraz] tic. Malın keyfiyyəti aşağı olduğu üçün zərəri ödəmək haqqında tələb, iddia. Parçanın pis rənginə görə reklamasiya.

REKON (ID - 33733)

is. [lat.] Genetik rekombinasiyanın elementar vahidi.

REKORD (ID - 33734)

[ing.] 1. İdman yarışında göstərilən ən yüksək nailiyyət. Dünya rekordu. Respublika rekordu.
2. Əməyin, təsərrüfatın hər hansı bir sahəsində ən yüksək nailiyyət. Çay yığımında rekord. - Gündə iki yüz on səkkiz kiloqram...

REKORDÇU (ID - 33735)

is. 1. B ax rekordsmen. Rekordçu neft ustası. Rekordçu ekskavatorçu.
Rekordlara, rekordizmə çox uyan adam.
Hər hansı bir xeyirli keyfiyyətinə görə rekord göstəricilərə malik ev heyvanı. Rekordçu camış. Rekordçu inək.

REKORDÇULUQ (ID - 33736)

bax rekordizm.

REKORDİZM (ID - 33737)

[ing.] idm. Qeyri-sağlam rəqabət nəticəsində rekord qazanmağa göstərilən ifrat səy, rekorda uyma; rekordçuluq.

REKORDSMEN (ID - 33738)

[ing.] 1. Rekord əldə etmiş idmançı; rekordçu.
2. dan. Əmək fəaliyyətində ən yüksək nailiyyətlər əldə etmiş adam.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed