REDAKTOR[lat.] 1. Hər hansı bir işi (kitabı, qəzeti, jumalı və s.) redaktə edən adam (bax redaktə). Əsərin redaktoru. Texniki redaktor.
2. Kitab, jurnal, qəzet və s.-nin nəşrinə rəhbərlik edən, onun məzmununu təsdiq edən şəxs. Qəzetin redaktoru. Baş redaktor. Məsul redaktor. - Jurnalın təşəbbüskarı, təşkilatçısı və redaktoru C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|