
REJİM[fr.] 1. Dövlət quruluşu, idarə üsulu. Çar rejimi. Xalq demokratik rejimi.
Yaşamaq, işləmək, istirahət etmək, yemək-içmək, yatmaq və s. üçün dəqiq müəyyən olunmuş qayda, üsul; nizam. Gündəlik rejim. Düşərgənin rejimi. Yemək rejimi. Bu və ya digər məqsədlə müəyyən edilmiş qaydalar, tədbirlər sistemi. Zavodda təhlükəsizlik rejimi. // Bir şeyin iş, fəaliyyət və s. şəraiti. Maşının iş rejimi. Istilik rejimi. Paylaşın - Hamı bilsin
|