RUHSUZsif Süst, ölgün, ətalətli, həvəssiz, heç bir şeydən ruhlanmayan, təsirlənməyən. Ruhsuz adam. Ruhsuz (z.) danışmaq. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlığı da quru sümükdür. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|