
RUL[holl.] Avtomobilin, təyyarənin və s.-nin müəyyən istiqamətdə hərəkətini idarə etmək üçün qurğu; sükan. [Ağabala:] Buyur, əyləş rulun dalında, sür, biz də öyrənək! Mir Cəlal. [Səriyyə:] Mən rul arxasında oturmuş Adili görüb: - Bayl - deyə bərkdən səsləndim. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|