
RÖVZƏ2is. [ər.] klas. 1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən” , “rövzeyi-kuy” və s. tərkib halında işlənir). Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.
2. məc. Behişt, cənnət. □ Rövzeyi-rizvan cənnət, behişt. Şikəstə qafiləm, ey şux nigarım! Rövzeyi-rizvanım hanı, görünməz. Aşıq İbrahim. Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur; Zahid öz rövzeyi-rizvanına çıxsın, getsin. Ə.Vahid. Paylaşın - Hamı bilsin
|