
RUBƏRUzərf [fars.] Üz-üzə, üzbəüz. Rubəru oturmaq. Rubəru dayanmaq. - Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. M.S.Ordubadi. [Rəşid:] Inanmayıram ki, bu iki ay qurtarsın və səninlə rubəru söhbət etmək bir daha mənə nəsib olsun. İ.Musabəyov. □ Rubəru olmaq- bax üzgöz olmaq (“üz-göz” də).
Paylaşın - Hamı bilsin
|