RƏFİQƏis. [ər.] 1. Qız və ya qadının qız və ya qadın yoldaşı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, sübhə qədər gözlərini yummadı. S.S.Axundov. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda mən bütün ili bir donla başa vurdum. İ.Əfəndiyev.
Qadın, zövcə, yoldaş (3-cü mənada). [Şair] tifilə baxmadan əvvəl əyilib rəfiqəsinin solğun alnından öpdü. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|