İzahlı lüğət

RƏHBƏR

is. [fars.] 1. Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni. Hərəkatın rəhbərləri.
Bir işin başında duran, onu idarə edən adam; başçı. Dram dərnəyinin rəhbəri. Şöbənin rəhbəri. - Jurnalın rəhbəri Cəlil Məmmədquluzadə bütün qüvvə və enerjisini, bütün fikir və vaxtını jurnala həsr etmişdi. M.İbrahimov. [Məmmədsadıq:] Səməndər elə rəhbərə rast gəlib ki, tükənməz bir xəzinədir. B.Bayramov.
Yolgöstərən. Sən olmasan verəməzdim mən eşqə bir məna; Bu yolda sən mənə rəhbərsən, eyləməm inkar. H.Cavid.
köhn. Arayış, məlumat kitabı; bir fənni, dili öyrənmək üçün kitabça. Rəhbəri-cəbr.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed