
RƏHMis. [ər.] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı). Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi. Rəhm etmək (köhnə forması: rəhm qılmaq) - yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək. Yandırma mənim canımı, öz canına rəhm et. Qövsi. Vaqifə rəhm eylə, bari, ilahi; Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. X.Natəvan. Rəhm oyanmaq - bax rəhmə gəlmək. [Nərgiz:] Qəsdən dayandım ki, bəlkə ürəyimə qan gələ, rəhm oyana. B.Bayramov. Rəhmə gəlmək acımaq, yazığı gəlmək, ürəyi yanmaq. Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. [Balaş Gülüşə:] Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin. C.Cabbarlı. Rəhmə gətirmək insafa gətirmək, ürəyində mərhəmət hissi oyandırmaq. Rəhmi gəlmək - b a x rəhm etmək. [Sultan bəy:] [Arşınmalçının] amma xalasını alardım və bir söz deyən olsa idi, deyərdim ki, bir fağır dul arvad idi, rəhmim gəldi, aldım. Ü.Hacıbəyov. Sənubərin sinəsi qabardı, anasına rəhmi gəldi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|