
RƏHMSİZsif və zərf Rəhm bilməyən; mərhəmətsiz, insafsız, amansız. Rəhmsiz adam. Rəhmsiz baxışlar. - Jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər [Telli xalanın] gözü önündə dikəlirdi. Mir Cəlal. Qəhrəman ona sərt və rəhmsiz baxışlarla baxırdı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|